15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Rəfaha hücum yeni humanitar fəlakətlə nəticələnəcək - ÜST

3 May 2024 14:51
Rəfaha hücum yeni humanitar fəlakətlə nəticələnəcək - ÜST

Bakı. AzerVoice:

Rəfaha hərtərəfli hücum yeni humanitar fəlakətlə nəticələnəcək.

AzerVoice xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) işğal olunmuş Fələstin ərazilərindəki nümayəndəsi Riçard Peeperkorn bildirib.

ÜST və digər humanitar yardım tərəfdaşlarının İsrailin Rəfaha hərtərəfli hücumu ehtimalından narahat olduğunu bildirən Peeperkorn, Rəfahda 1,5 milyon insanın olduğunu qeyd edib.

"Qəzzanın hər yerində humanitar yardımların çatdırılmasında gecikmələr və problemlər davam edir. Qəzzada yerli istehsal məhv olub və daxil olan qidaların keyfiyyəti olduqca aşağıdır. Qəzzada ərzaq böhranının təsirləri növbəti illərdə də özünü göstərəcək", - deyə o vurğulayıb.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Məqalədə: #Qəzza #İsrail #Fələstin #Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)

Mövzu üzrə digər xəbərlər

İraq bir ixrac dəhlizindən asılı qala bilməz - Əli əz-Zeydi
İraq

İraq bir ixrac dəhlizindən asılı qala bilməz - Əli əz-Zeydi

21:16
Qəzzada müharibə nəticəsində ölənlərin sayı 73 min 789-a çatıb
Fələstin

Qəzzada müharibə nəticəsində ölənlərin sayı 73 min 789-a çatıb

20:48
İsraillə danışıqların məqsədi müharibəni bitirməkdir - Nəvaf Salam
Livan

İsraillə danışıqların məqsədi müharibəni bitirməkdir - Nəvaf Salam

20:28
Əhməd əş-Şaraa Dubayda ərəb mediasının rəhbərləri ilə görüşüb
Suriya

Əhməd əş-Şaraa Dubayda ərəb mediasının rəhbərləri ilə görüşüb

20:24

Son Xəbərlər

Səudiyyə Ərəbistanı və Körfəz ölkələrinin təhlükəsizliyi Misirin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir - Əs-Sisi
Səudiyyə Ərəbistanı və Körfəz ölkələrinin təhlükəsizliyi Misirin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir - Əs-Sisi
21:31
Səudiyyə Ərəbistanında süni intellekt üzrə bir milyondan çox insan təlim keçib
Səudiyyə Ərəbistanında süni intellekt üzrə bir milyondan çox insan təlim keçib
21:26
Qətər özəl sektorun inkişafı üçün yeni təşəbbüsləri müzakirə edib
Qətər özəl sektorun inkişafı üçün yeni təşəbbüsləri müzakirə edib
21:23
İraq bir ixrac dəhlizindən asılı qala bilməz - Əli əz-Zeydi
İraq bir ixrac dəhlizindən asılı qala bilməz - Əli əz-Zeydi
21:16
Böyük Britaniya Səudiyyə Ərəbistanı və Yəmən hökumətinə dəstəyini bildirib
Böyük Britaniya Səudiyyə Ərəbistanı və Yəmən hökumətinə dəstəyini bildirib
21:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.