13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Xevron şəhərinin şeyxi İsrailin dövlət olaraq tanınmasını təklif edib

İordan çayının qərb sahilində yerləşən Xevron şəhərinin nüfuzlu dini və tayfa liderlərindən biri olan şeyx Vadi əl-Cəbari, şəhərin Fələstin Muxtariyyətindən ayrılaraq İsrailin dövlət olaraq tanınmasını təklif edib.

6 İyul 2025 16:31
Xevron şəhərinin şeyxi İsrailin dövlət olaraq tanınmasını təklif edib

BAKI, AzerVoice

İordan çayının qərb sahilində yerləşən Xevron şəhərinin nüfuzlu dini və tayfa liderlərindən biri olan şeyx Vadi əl-Cəbari, şəhərin Fələstin Muxtariyyətindən ayrılaraq İsrailin dövlət olaraq tanınmasını təklif edib.

AzerVoice xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Qəzet əl-Cəbarini Xevrondakı ən nüfuzlu ərəb klanlarından birinin lideri kimi təqdim edir. O və daha dörd dini və ictimai nüfuza malik şeyx İsrailin iqtisadiyyat naziri Nir Barkata məktub ünvanlayaraq bu müraciətin baş nazir Benyamin Netanyahunun diqqətinə çatdırılmasını istəyiblər.

Məktubda müəlliflər "Xevron Əmirliyi" adlı muxtar bir siyasi qurumun yaradılmasını təklif edir və 2020-ci ildə Vaşinqtonda imzalanmış “İbrahim Sazişlərinə” – İsraillə Bəhreyn, BƏƏ, Sudan və Mərakeş arasında münasibətlərin normallaşdırılmasına dair razılaşmalara qoşulmaq istədiklərini bildiriblər. Əvəzində isə İsraildən “Xevron Əmirliyini bölgədəki ərəblərin rəsmi təmsilçisi” kimi tanıması tələb olunur.

“Biz İsraillə əməkdaşlıq istəyirik. Biz birgəyaşayış istəyirik” - deyə, Şeyx əl-Cəbari bildirib.

O, həmçinin Oslo razılaşmalarını tənqid edərək bildirib ki, bu sazişlər “ənənəvi və legitim yerli rəhbərlik əvəzinə korrupsiyalaşmış Fələstin idarəsinin” yaradılmasına səbəb olub. Şeyxlər həmçinin fələstinlilərin İsraildə mərhələli şəkildə yenidən işlə təmin olunması çağırışı da ediblər.

"Jerusalem Post" qəzeti yazır ki, əl-Cəbarinin təşəbbüsünü daha 13 ərəb şeyxi dəstəkləyib.

Lakin plana qarşı çıxanlar da var. İsrailin Daxili Təhlükəsizlik Xidməti (Şabak/Şin-Bet) və İsrail Müdafiə Qüvvələri (TsAXAL) bu təşəbbüsün digər şəhərlərdə nəzarətdən çıxma və zorakılıq riskini artıracağından narahatdırlar.

Xatırladaq ki, 1993 və 1995-ci illərdə imzalanmış Oslo sazişlərinə əsasən, İsrail Fələstin Muxtariyyətinin yaradılmasına razılıq vermiş və Qərb sahili ilə Qəzza zolağından mərhələli şəkildə ordusunu çıxarmağa başlamışdı.

Hazırda Fələstin əraziləri faktiki olaraq iki hissəyə bölünüb: Qəzza HƏMAS-ın, İordan çayının qərb sahili isə FƏTH hərəkatının nəzarətindədir. FƏTH-in lideri Mahmud Abbasdır.

Mövzu üzrə digər xəbərlər

İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
Misir

İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib

19:43
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

19:40
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
BƏƏ

İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib

18:43
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

18:03

Son Xəbərlər

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
19:51
İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
19:43
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
19:40
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
18:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.