15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

BMT baş katibinin iqamətgahı önündə Fələstin aksiyası keçirilib

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin iqamətgahı qarşısına toplaşan bir qrup Qəzzada aclığa son qoymaq üçün nümayiş təşkil edib.

23 İyul 2025 10:24
BMT baş katibinin iqamətgahı önündə Fələstin aksiyası keçirilib

BAKI, AzerVoice

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin iqamətgahı qarşısına toplaşan bir qrup Qəzzada aclığa son qoymaq üçün nümayiş təşkil edib.

AzerVoice xəbər verir ki, “Shut it Down for Palestine” adlı fəal qrupun üzvləri BMT baş katibi Antonio Quterreşin Nyu-York şəhərində yerləşən rəsmi iqamətgahı qarşısında aksiya keçiriblər.

Etirazçılar BMT-ni Qəzzaya təcili, maneəsiz və kifayət qədər humanitar yardımın çatdırılması üçün konkret addımlar atmağa çağırıblar. Aksiya iştirakçıları "Aclığı dayandırın", "Quterreş: Səssizlik cinayətə ortaq olmaqdır" və "Qəzzaya həyat dəhlizi" yazılmış plakatlar qaldıraraq, BMT-nin İsrailə qarşı daha qətiyyətli və hüquqi nəticələrə gətirən qərarlar verməli olduğunu bildiriblər.

Qrup adından verilən açıqlamada qeyd olunub ki, “BMT-nin əsas vəzifəsi mülki insanları qorumaqdır. Quterreşin Qəzzada yaşanan aclığın qarşısını almaq üçün səlahiyyətlərindən istifadə etməməsi qəbuledilməzdir.”

Polis aksiyanın keçirildiyi ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görsə də, tədbir insidentsiz başa çatıb.

Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü il tarixində başlayan hücumundan bu yana Qəzzada aclıqdan ölənlərin ümumi sayı 101-ə çatıb. Bu insanların 80-nin uşaq olduğu bildirilir. Səhiyyə mənbələri hər yaşdan yüzlərlə insanın ağır qida çatışmazlığı olan xəstəxanalara müraciət etdiyini və 17.000 uşağın kritik aclıqla mübarizə apardığını açıqladı.

Birləşmiş Millətlər Təşkilatının UNRWA agentliyinin verdiyi açıqlamaya görə, Qəzzada ərzaq qiymətləri 40 dəfə artıb.

Açıqlamada, "Qəzzanın bir qədər kənarında üç aylıq ərzaq ehtiyatı var, lakin blokada bu yardımın bizə çatmasına mane olur"- deyə qeyd olunub.

Bildirilir ki, Qəzzada aclıqdan əlavə, temperaturun 40 dərəcəyə çatması, elektrik enerjisinin kəsilməsi və gigiyena qaydalarına riayət edilməməsi mülki əhalinin həyatını daha da çətinləşdirir.

Qeyd edək ki, Böyük Britaniya, Fransa, Kanada, Yaponiya və İsveçrə də daxil olmaqla 27 ölkə İsrailin Qəzzada dinc əhaliyə qarşı hücumlarını pisləyən bəyanat yayıb. Bəyanatda “Qəzzada müharibə artıq bitməlidir” ifadəsi işlədilib. İsrail Xarici İşlər Nazirliyi bəyanatı "reallıqdan uzaq" kimi qiymətləndirib.

Məqalədə: #Fələstin #Qəzza zolağı #BMT #Antonio Quterreş #Fələstin Səhiyyə Nazirliyi #humanitar yardım #humanitar böhran #Fələstinə dəstək yürüyüşü #Qəzza hücumu #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Fələstin insan haqları #Uşaq ölümü Qəzza #Fələstin məsələsi #İsrail və Fələstin münaqişəsi 2025 #İsrailin Fələstin torpaqlarını işğalı #İsrailin Fələstin siyasəti #Fələstin-İsrail münaqişəsi #Fələstin humanitar yardımı

Mövzu üzrə digər xəbərlər

İordaniya və NATO 2027-ci il üçün fövqəladə hallara hazırlıq təliminə başlayıb
İordaniya

İordaniya və NATO 2027-ci il üçün fövqəladə hallara hazırlıq təliminə başlayıb

22:24
Mahmud Abbasın Misirə iki günlük səfəri başlayıb
Fələstin

Mahmud Abbasın Misirə iki günlük səfəri başlayıb

22:18
İordaniya və Almaniya 96,5 milyon avroluq maliyyələşdirmə sazişləri imzalayıb
İordaniya

İordaniya və Almaniya 96,5 milyon avroluq maliyyələşdirmə sazişləri imzalayıb

22:12
İordaniya Kralı Fransa parlamentinin nümayəndə heyətini qəbul edib
İordaniya

İordaniya Kralı Fransa parlamentinin nümayəndə heyətini qəbul edib

22:04

Son Xəbərlər

Bu günə olan əsas xəbər başlıqları
Bu günə olan əsas xəbər başlıqları
23:00
İordaniya və NATO 2027-ci il üçün fövqəladə hallara hazırlıq təliminə başlayıb
İordaniya və NATO 2027-ci il üçün fövqəladə hallara hazırlıq təliminə başlayıb
22:24
Mahmud Abbasın Misirə iki günlük səfəri başlayıb
Mahmud Abbasın Misirə iki günlük səfəri başlayıb
22:18
İordaniya və Almaniya 96,5 milyon avroluq maliyyələşdirmə sazişləri imzalayıb
İordaniya və Almaniya 96,5 milyon avroluq maliyyələşdirmə sazişləri imzalayıb
22:12
Liviyada etirazlar neft hasilatını dayandırıb - NOC fors-major elan edə bilər
Liviyada etirazlar neft hasilatını dayandırıb - NOC fors-major elan edə bilər
22:08
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.