13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrailin Qəzzaya yeni hücum planı soyqırım və kütləvi köç dalğasının başlanğıcıdır - HƏMAS

HƏMAS, İsrail Ordusunun Baş Qərargah rəisinin bu gün Qəzza şəhərinin işğal planlarını təsdiqləməyə hazırlaşmasının bölgədə yeni bir soyqırım və kütləvi köç dalğasının başlanğıcı olduğunu bildirib. Açıqlamada qeyd olunub ki, bu plan yüz minlərlə Qəzzə sakini və sığınan mülki şəxslər üçün kütləvi qırğın və məcburi köçürülmə təhlükəsi yaradır. HƏMAS İsrailin bu addımını böyük müharibə cinayəti kimi qiymətləndirib və 22 aydır davam edən soyqırım siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb. ABŞ-ın bu siyasətə dəstək verdiyi də bildirilib.

17 Avqust 2025 18:11
İsrailin Qəzzaya yeni hücum planı soyqırım və kütləvi köç dalğasının başlanğıcıdır - HƏMAS

BAKI, AzerVoice, Nailə Babazadə

HƏMAS, İsrail Ordusunun Baş Qərargah rəisinin bu gün Qəzza şəhərinin işğal planlarını təsdiqləməyə hazırlaşmasının bölgədə yeni bir soyqırım və kütləvi köç dalğasının başlanğıcı olduğunu bildirib.

AzerVoice xəbər verir ki, açıqlamada qeyd olunub ki, bu plan yüz minlərlə Qəzzə sakini və sığınan mülki şəxslər üçün kütləvi qırğın və məcburi köçürülmə təhlükəsi yaradır. HƏMAS İsrailin bu addımını böyük müharibə cinayəti kimi qiymətləndirib və 22 aydır davam edən soyqırım siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb. ABŞ-ın bu siyasətə dəstək verdiyi də bildirilib.

Təşkilat, beynəlxalq ictimaiyyətin səssizliyinin və hərəkətsizliyinin İsrailin təcavüzkar mövqeyini gücləndirdiyini qeyd edib. Eyni zamanda, “humanitar yardım” adı ilə Qəzzəyə çadır göndərilməsini İsrailin planlarını ört-basdır etməyə yönəlmiş aldatıcı addım adlandırıb. BMT-nin bu cür addımları insan hüquqları baxımından qəbuledilməz hesab etdiyi bildirilib.

HƏMAS əlavə edib ki, Qəzzədə baş verənlər işğal altındakı İordan çayının qərb sahilindəki hücumlar və məskunlaşma siyasəti ilə əlaqəlidir. Bu addımların məqsədi Fələstinliləri torpaqlarından çıxarmaq və müqəddəs məkanları yəhudiləşdirməkdir. İsrailin bu siyasəti “Böyük İsrail” planı ilə bağlıdır və regiondakı digər ölkələri də hədəfə alır.

Təşkilat, Fələstin xalqının və müqavimət qüvvələrinin dəstəklənməsi, həmçinin Ərəb və İslam ölkələrinin İsrailə qarşı konkret addımlar atması çağırışı edib. HƏMAS milli birlik və ümumi müqavimət strategiyasının həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Məqalədə: #Qəzza #Qəzza zolağı #HƏMAS #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #İsrail və HƏMAS müharibəsi #İran və HƏMAS əlaqələri #HƏMAS-ın mövqeyi #HƏMAS İsrail münaqişəsi #HƏMAS-ın hərbi strategiyası #HƏMAS-ın girovlarla bağlı siyasəti

Mövzu üzrə digər xəbərlər

İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
BƏƏ

İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib

18:43
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

18:03
Hakan Fidan Suriyaya səfərə gedib
Suriya

Hakan Fidan Suriyaya səfərə gedib

14:59
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır

13:16

Son Xəbərlər

İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
18:43
Səudiyyə Ərəbistanında erkən islama aid 60-dan çox kitabə aşkarlandı (FOTO)
Səudiyyə Ərəbistanında erkən islama aid 60-dan çox kitabə aşkarlandı (FOTO)
18:36
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
18:03
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
18:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.