4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İran və "Avropa üçlüyünün" nüvə proqramı ilə bağlı danışıqları yekunlaşıb

Cenevrədə İran ilə “Avropa üçlüyü” (Böyük Britaniya, Almaniya və Fransa) arasında nüvə proqramı üzrə növbəti danışıqlar başa çatıb. Məlumatına görə, müzakirələrin nəticəsinə dair açıqlama verən İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Tehran diplomatiyanın və mübahisəli məsələlərin qarşılıqlı faydalı həllinin tərəfdarı olaraq qalır.

26 Avqust 2025 22:25
İran və "Avropa üçlüyünün" nüvə proqramı ilə bağlı danışıqları yekunlaşıb

BAKI, AzerVoice, Səməd Əyyubov

Cenevrədə İran ilə “Avropa üçlüyü” (Böyük Britaniya, Almaniya və Fransa) arasında nüvə proqramı üzrə növbəti danışıqlar başa çatıb.

AzerVoice-un məlumatına görə, müzakirələrin nəticəsinə dair açıqlama verən İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Tehran diplomatiyanın və mübahisəli məsələlərin qarşılıqlı faydalı həllinin tərəfdarı olaraq qalır.

“Hər iki tərəf 2231 saylı qətnamə ilə bağlı mövqeyini açıqladı. İran hələ də diplomatiyaya və qarşılıqlı faydalı həll yollarına sadiqdir. İndi Avropa üçlüyünün və BMT Təhlükəsizlik Şurasının düzgün seçim edərək diplomatiyaya imkan verməsinin vaxtıdır” - deyə, Qəribabadi "X" sosial şəəkəsində yazıb.

Görüşdə "Avropa üçlüyünün" İrana qarşı əsas tələbləri müzakirə olunub. Bu tələblərə görə, Tehran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) müfəttişlərinin öz nüvə obyektlərinə girişini bərpa etməli və yeni nüvə sazişinə nail olmaq üçün diplomatik danışıqları davam etdirməlidir. Əks halda, 2015-ci il sazişi çərçivəsində ləğv olunmuş sanksiyalar yenidən tətbiq oluna bilər. İran tərəfdən danışıqlarda xarici işlər nazirinin digər müavini Məcid Taxt-Ravançi də iştirak edib.

ABŞ və Avropa üçlüyü daha əvvəl avqust ayının sonunu yeni nüvə sazişi üçün son tarix kimi müəyyənləşdirib. Əgər danışıqlar nəticə verməsə, Avropa üçlüyü “snapback” mexanizmini işə salaraq BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını bərpa etməyi planlaşdırır. Tehran isə sanksiyalar bərpa olunacağı halda Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmaqla hədələyib. Qərb ölkələri bu mexanizmdən artıq oktyabrın 18-də istifadə edə bilərlər.

Qeyd edək ki, “Avropa üçlüyü” 2015-ci ilə qədər İranla nüvə proqramı üzrə danışıqlar aparan beynəlxalq vasitəçilər qrupunun ixtisar olunmuş formatıdır.

Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) 2015-ci il iyulun 14-də imzalanmış və 2004-cü ildə başlayan böhranın sona çatmasını simvolizə etmişdi. O vaxt Qərb ölkələri İranı nüvə silahı hazırlamaqda ittiham etmişdilər. ABŞ prezidenti Donald Tramp isə birinci prezidentlik müddətində bu sazişdən çıxmışdı.

Məqalədə: #İran #Almaniya #Avropa #BMT #Fransa #Böyük Britaniya #Avropa İttifaqı #Avropa İttifaqı (Aİ) #BMT TŞ #Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) #Avropa üçlüyü və İran #danışıqlar #Avropa üçlüyü danışıqları

Mövzu üzrə digər xəbərlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran

İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”

17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İordaniya

İran və İordaniya arasında diplomatik gərginlik artır

17:14
Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

13:44

Son Xəbərlər

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.