4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Haniyyə əməliyyatın vaxtından xəbərsiz idi - Qaani 7 oktyabr hadisəsinin pərdəarxası barədə

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds Qüvvələri”nin komandanı İsmayıl Qaani “HƏMAS” tərəfindən 2023-cü ildə həyata keçirilmiş “7 oktyabr əməliyyatı” ilə bağlı yeni detalları açıqlayıb. O bildirib ki, hərəkatın birinci sıra liderləri, o cümlədən İsmayıl Haniyyə, əməliyyatın dəqiq vaxtından xəbərsiz olublar.

4 Oktyabr 2025 17:38
Haniyyə əməliyyatın vaxtından xəbərsiz idi - Qaani 7 oktyabr hadisəsinin pərdəarxası barədə

BAKI,AzerVoice

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds Qüvvələri”nin komandanı İsmayıl Qaani “HƏMAS” tərəfindən 2023-cü ildə həyata keçirilmiş “7 oktyabr əməliyyatı” ilə bağlı yeni detalları açıqlayıb. O bildirib ki, hərəkatın birinci sıra liderləri, o cümlədən İsmayıl Haniyyə, əməliyyatın dəqiq vaxtından xəbərsiz olublar.

Qaani bu açıqlamanı SEPAH-a məxsus “Nəsim” kanalına və dövlət televiziyasına verdiyi müsahibədə səsləndirib.

“7 oktyabr əməliyyatı başladığı anda mən Livana gedirdim. Öz-özümə düşünürdüm ki, bu mövzunu Həsən Nəsrullahla necə müzakirə edim, nəyi etməliyik və ya nəyi etməməliyik. Nə biz, nə Nəsrullah, nə də HƏMAS rəhbərliyi əməliyyatın konkret vaxtından əvvəlcədən xəbərdar deyildik. İsmayıl Haniyyə hava limanına gedərək İraqa uçmaq üzrə idi və əməliyyatın başladığını geri dönərkən öyrəndi. Nəsrullah həmin andan etibarən ‘Əl-Əqsa Tufanı’ndan sonrakı mərhələnin planlaşdırılmasına başladı.”

Bu açıqlama əməliyyatın pərdəarxasında qalan məqamlarla bağlı yeni suallar yaradıb.

İsmayıl Haniyyə “HƏMAS” Hərəkatının Siyasi Bürosunun rəhbəri və təşkilatın ən tanınmış siyasi liderlərindən biri idi. 2024-cü ilin iyul ayında o, Tehranda-İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasiminə qatıldığı zaman-Zəfəraniyyə məhəlləsindəki iqamətgahında baş verən partlayış nəticəsində qətlə yetirilib.

İsrail, digər liderlərə qarşı həyata keçirdiyi hücumlardan fərqli olaraq, bu sui-qəsdi rəsmi şəkildə nə təsdiqləyib, nə də inkar edib. Eyni zamanda Qaaninin adı da İsrailin hədəf siyahılarında çəkilməyib.

Qaaninin açıqlamaları “HƏMAS”ın Qəzza zolağından həyata keçirdiyi hücumun arxasında duran sirli proseslərə yenidən diqqət çəkib. Həmin hücum nəticəsində İsraildə yüzlərlə insan həlak olmuş, regionda misilsiz bir müharibə başlamışdı.

İsrail dəfələrlə İranı Qəzza və Livanda ona qarşı əməliyyatlar planlaşdırmaqda və maliyyələşdirməkdə ittiham edib, lakin Tehran bu iddiaları rədd edərək dəstəyinin sırf siyasi xarakter daşıdığını vurğulayıb.

Livan “Hizbullah”ının üzləşdiyi təzyiqlərə toxunan Qaani qeyd edib ki, bu təşkilat bütün təzyiqlərə və psixoloji müharibələrə baxmayaraq, “getdikcə daha da güclənir və möhkəmlənir.”

“Hizbullah bölgədə böyük bir gücdür və onun yüksəlişi sürətlənir. Bu qüvvəni nə sındırmaq, nə də zəiflətmək mümkündür. Müqavimət hər keçən gün daha güclü və dözümlü olur. Düşmənin bütün silahları və psixoloji təzyiqləri belə onun iradəsini qıra bilmədi. Müqavimət davam edəcək və heç vaxt yox olmayacaq. ‘Hizbullah’ hər zaman olduğu kimi, güclü və sabit qalacaq.” – deyə o müsahibəsində bildirib.

Müsahibə zamanı Qaani ilk dəfə olaraq özünə qarşı sui-qəsd cəhdinə dair yayılan xəbərlərə də münasibət bildirib və deyib.

“Bunların hamısı şayiədir... Biz elə davranırdıq ki, düşmən asanlıqla rabitəni izləyə bilməsin.”-deyə o qeyd edib.

2024-cü ilin oktyabr ayının ilk həftələrində Qaaninin adı media gündəmini bürümüşdü. O dövrdə onun Beyrutun cənub məhəllələrində İsrailin hava zərbələri nəticəsində həlak olub-olmaması və ya təhlükəsizlik səbəbindən gizlənməsi barədə ziddiyyətli xəbərlər yayılmışdı.

“Mən elə hərəkət edirdim ki, düşmən əlaqə kanallarımızı aşkar edə bilməsin. Bəzən onların məqsədi rabitə sistemimizi izləmək üçün belə şayiələr yaymaq idi.Rəhbər şəxslər tam məxfi şəraitdə fəaliyyət göstərir və onların rabitəsi qorunur.”-deyə Qaani qeyd edib.

Qaani bildirib ki, qüvvələr rəhbərlərin təhlükəsizliyini təmin etmək və onlara qarşı bütün cəhdlərə cavab vermək üçün əlavə tədbirlər görüblər.

Onun taleyi ilə bağlı fərziyyələr “Qüds Qüvvələri” komandanının oktyabr 2024-də Beyruta getdiyi, “Hizbullah”ın baş katibi Həsən Nəsrullahın öldürülməsindən sonra təşkilatın vəziyyətinə nəzarət etdiyi barədə xəbərlərlə əlaqədar yayılmışdı.

O zaman “Reuters” agentliyi İran rəsmilərinə istinadən yazmışdı ki, “Nəsrullahın ölümündən sonra Livanda olan Qaani ilə əlaqə kəsilib.” Lakin “Qüds Qüvvələri”nin sədr müavini İrəc Məsədi sonradan bəyan etmişdi ki, “Qaani sağdır, səhhəti yaxşıdır və fəaliyyətini davam etdirir.”

Məqalədə: #Həsən Nəsrullah #İsmayıl Haniyə #SEPAH #İsmayıl Haniyə kimdir? #İsmayıl Həniyyə #İsmayıl Qaani #İsrailin Hizbullah ittihamları #İsrailin Livandan geri çəkilməsi #Həsən Nəsrullah sui-qəsdi #İsrail cinayətləri #Nəsrullahın dəfni #SEPAH raket bölməsi #İsrailin hava hücumları #SEPAH casusları #Sepah və Suriya #SEPAH və terror maliyyələşməsi #Həsən Nəsrullah və şiə travması #Əqsa Tufanı əməliyyatı #İsmayıl Haniyyə qətlə yetirildi #SEPAH komandirləri #Sepah komandirinin ölümü #SEPAH-ın güclənməsi #SEPAH komandanlarının ölümü #Əl-Əqsa tufan #Əl-Əqsa tufanı #7 oktyabr əməliyyatı

Mövzu üzrə digər xəbərlər

SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

31 Avqust 21:22
İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
İran

İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

31 Avqust 10:30
Diplomatiyanı bərpa etmək mümkündür, lakin ABŞ təzyiq siyasətindən əl çəkməlidir - Əraqçi
İran

Diplomatiyanı bərpa etmək mümkündür, lakin ABŞ təzyiq siyasətindən əl çəkməlidir - Əraqçi

28 Avqust 15:10
İrana hücum olarsa, ABŞ-nin enerji baxımından strateji nöqtələri hədəfə alınacaq - SEPAH
İran

İrana hücum olarsa, ABŞ-nin enerji baxımından strateji nöqtələri hədəfə alınacaq - SEPAH

24 Avqust 19:59

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.