SEPAH Bəhreyndəki ABŞ aviabazasını hədəf aldığını açıqlayıb
İranın rəsmi xəbər agentliyi IRNA İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən həyata keçirilən "Sadiq vədə 4" əməliyyatının 14-cü dalğası ilə bağlı bəyanatını yayımlayıb. Bəyanatda Bəhreynin Şeyx İsa bölgəsində yerləşən ABŞ aviabazasının əsas komandanlıq və qərargah binasının 20 pilotsuz uçuş aparatı (PUA) və 3 raketlə hədəf alındığı bildirilib.Digər tərəfdən, Bəhreyndə sirenlər səslənib, hava hücumundan müdafiə sistemləri aktivləşdikdən sonra partlayış səsləri eşidilib.
İran SEPAH-ın Hərbi Dəniz Qüvvələri "Seyyad 3-G" raketini ilk dəfə sınaqdan keçirib
İran SEPAH-ın Hərbi Dəniz Qüvvələri gəmidən atılan "Seyyad 3-G" raketini ilk dəfə sınaqdan keçirib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ötən günlərdə keçirilən "Hürmüz Boğazı Ağıllı Nəzarət" təlimində gəmi bazalı "Seyyad 3-G" hava hücumundan müdafiə raketini ilk dəfə sınaqdan keçirib.
İran Avropa İttifaqı ölkələrinin səfirlərini Xarici İşlər Nazirliyinə çağırıb
İran tərəfi Avropa İttifaqının (Aİ) İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil etmək qərarına sərt reaksiya verib. İran mətbuatında yer alan xəbərlərə görə, ölkənin Xarici İşlər Nazirliyi etiraz əlaməti olaraq Aİ-yə üzv ölkələrin Tehrandakı bütün səfirlərini nazirliyə çağırıb. Səfirlərlə bazar və bazar ertəsi günləri keçirilən görüşlərdə Avropa İttifaqının qəbul etdiyi qərar qətiyyətlə pislənilib. Nazirlik rəsmiləri bildiriblər ki, SEPAH-ın terror siyahısına salınması beynəlxalq hüquq normalarına və Birləşmiş Millətlər Təşkilatının (BMT) nizamnaməsinə tamamilə ziddir. Görüşdə bu addımın İran xalqına qarşı təhqir kimi qiymətləndirildiyi vurğulanıb.
Avstraliya “İran İnqilab Keşikçiləri Korpusunu” terrora dəstək verən qurumlar siyahısına saldı
Avstraliyanın xarici işlər naziri Penni Vonq cümə axşamı bildirib ki, ölkəsi İranın “İnqilab Keşikçiləri Korpusunu (SEPAH)” terrorizmi dəstəkləyən qurumlar siyahısına daxil edib. Bu qərar ölkənin kəşfiyyat xidmətinin SEPAH-ın Avstraliyada yəhudilərə qarşı hücumlar planlaşdırdığına dair gəldiyi nəticədən sonra verilib. Avqust ayında Avstraliya hökuməti İranı Sidney və Melburn şəhərlərində törədilən iki antisemit və qəsdən yandırma hücumunu təşkil etməkdə ittiham etmişdi. Rəsmi Kanberra həmin vaxt bu hücumları ölkənin milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirmişdi.
Haniyyə əməliyyatın vaxtından xəbərsiz idi - Qaani 7 oktyabr hadisəsinin pərdəarxası barədə
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds Qüvvələri”nin komandanı İsmayıl Qaani “HƏMAS” tərəfindən 2023-cü ildə həyata keçirilmiş “7 oktyabr əməliyyatı” ilə bağlı yeni detalları açıqlayıb. O bildirib ki, hərəkatın birinci sıra liderləri, o cümlədən İsmayıl Haniyyə, əməliyyatın dəqiq vaxtından xəbərsiz olublar.
Avstraliya İran səfirini ölkədən çıxarır, SEPAH-ı “terror təşkilatı” kimi tanımaq üçün addımlar atır
Avstraliya hökuməti İranla diplomatik münasibətlərdə misilsiz addım atıb. Xarici işlər naziri Penni Vonq çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bildirib ki, İranın səfiri Əhməd Sadəqi və üç diplomat “arzuolunmaz şəxs” elan edilib və onlara ölkəni tərk etmək üçün yeddi gün vaxt verilib. Bununla yanaşı, Kanberra öz səfirini də Tehrandan geri çağırıb və səfirliyin fəaliyyətini dayandırıb.
İranda nüvə danışıqları səlahiyyətləri uğrunda daxili mübarizə
Parlament ötən ay nüvə obyektlərinin gələcək yoxlanışlarının yalnız Ali Milli Təhlükəsizlik Şurasının təsdiqi ilə aparılmasını nəzərdə tutan qanun qəbul edib. Bu addım Qərbə və Atom Enerjisi Agentliyinə təzyiq vasitəsi kimi dəyərləndirilir. Hazırda Şuraya bağlı bir alt komitə və Müdafiə Nazirliyi nüvə obyektlərinin təhlükəsizliyini təmin edir, faktiki olaraq isə bu iş SEHAPın xüsusi bölməsinə məxsusdur.
Nəcəf Tehrandan daha güclüdür – İran şiəliyi geri çəkilir
İranın Bağdaddakı təsiri, şiə dini lider Ayətullah Əli Sistaninin rəhbərlik etdiyi Nəcəf dini mərcəliyi qarşısında zəifləyir. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəzi dairələrinin silahlı qrupları silahların məhdudlaşdırılması və “Həşdi-Şaabi”nin dövlət strukturlarına inteqrasiya planlarına qarşı yönləndirmə cəhdlərinə baxmayaraq, İraq şiələrinin dini rəhbərliyi hakim koalisiya ilə ciddi problemlər yaşayır. Hakimiyyət isə böhranın dərinləşməsini önləməkdə ləngiyir və vəziyyət “qaynama nöqtəsinə” yaxınlaşır.
İsrail-İran qarşıdurmasının mərkəzindəki fiqur: Əli Xameneyi və ölümü
Seyid Əli Hüseyni Xamenei (fars. سید علی حسینی خامنهای) 1989-cu ildən etibarən İranın Ali Rəhbəri, 1981–1989-cu illərdə İranın üçüncü prezidenti olmuşdur. İslam İnqilabının lideri Ayətullah Ruhullah Xomeyninin ən yaxın silahdaşlarından biridir.
Xamenei Səddam Hüseynin taleyini yaşaya bilərmi?
İsrailin müdafiə naziri Yisrael Kats bildirib ki, İranın ali lideri Əli Xamenei ABŞ-ın rəhbərliyi ilə İraqa müdaxilə zamanı devrilmiş və sonradan edam edilmiş Səddam Hüseynin taleyini yaşaya bilər.