8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Kim-Kimdir?
Kim-Kimdir?

İsrail-İran qarşıdurmasının mərkəzindəki fiqur: Əli Xameneyi və ölümü

Seyid Əli Hüseyni Xamenei (fars. سید علی حسینی خامنه‌ای) 1989-cu ildən etibarən İranın Ali Rəhbəri, 1981–1989-cu illərdə İranın üçüncü prezidenti olmuşdur. İslam İnqilabının lideri Ayətullah Ruhullah Xomeyninin ən yaxın silahdaşlarından biridir.

21 İyun 2025 10:00
İsrail-İran qarşıdurmasının mərkəzindəki fiqur: Əli Xameneyi və ölümü

BAKI,VOA

Seyid Əli Hüseyni Xamenei (fars. سید علی حسینی خامنه‌ای) 1989-cu ildən etibarən İranın Ali Rəhbəri, 1981–1989-cu illərdə İranın üçüncü prezidenti olmuşdur. İslam İnqilabının lideri Ayətullah Ruhullah Xomeyninin ən yaxın silahdaşlarından biridir.

Ali Rəhbər kimi Xamenei İranın ən güclü siyasi fiqur hesab edilir. İslam dünyasına İranın ahıl yaşlı ali dini liderinə münasibət birmənalı deyil.

O, İran dövlətinin başçısı, Silahlı Qüvvələrin ali baş komandanı, hökumətin əsas siyasət istiqamətləri üzrə — iqtisadiyyat, ətraf mühit, xarici siyasət və milli planlaşdırma sahələrində — qərar verə biləcək yeganə şəxsdir. Xamenei icraedici, qanunverici və məhkəmə hakimiyyətləri, silahlı qüvvələr və media üzərində birbaşa və ya dolayısı ilə nəzarət edir. Prezident, Məclis (parlament) və Ekspertlər Şurasına namizədlər Konstitusiya Keşikçiləri Şurası tərəfindən yoxlanılır. Həmin şuranın üzvlərini isə birbaşa və ya dolayı yolla Ali Rəhbər təyin edir. Bəzi hallarda Xameneinin göstərişi ilə Şura daha öncə qoyduğu qadağaları da ləğv etmişdir.

Xamenei 1939-cu ilin 19 aprelində Məşhəddə dünyaya gəlib. Səkkiz uşaqlı ailənin ikinci övladıdır. Peyğəmbər Məhəmmədin nəslindən gələn seyyidlərdən olduğu iddia edilir və əslən azərbaycanlıdır. Babası Ayətullah Seyid Hüseyn İran Azərbaycanının — xüsusilə Xiyaban və Təbrizin — tanınmış ruhani alimi olub, sonra Nəcəfə köçüb. Atası Ayətullah Seyid Cavad Hüseyni Xamenei Məşhəd şəhərinin alimlərindən və dini müəllimi idi. Atası 93 yaşında vəfat etmişdir. Anası isə Yəzd şəhərindən olan bir höccətül-islamın qızı idi, 1989-cu ildə Məşhəddə vəfat edib. Xameneinin bibisi isə 1920-ci ildə İranda şah rejiminə qarşı milli-azadlıq hərəkatına başçılıq edən Şeyx Məhəmməd Xiyabaninin həyat yoldaşı olub.

Məşhəd Şiə Ruhani Akademiyasında (həvzə) Hacı Şeyx Haşim Qəzvini və Ayətullah Milani kimi tanınmış müəllimlərdən dərs alıb. 1957-ci ildə Nəcəfdəki ilahiyyat məktəbinə, daha sonra isə şiəliyin mərkəzi hesab edilən Qum şəhərinə köçüb. 1964-cü ilə qədər orada təhsilini davam etdirib. Qumda Ayətullah Hüseyn Burucerdi və Ayətullah Ruhullah Xomeyni ilə tanış olub. Xomeyninin radikal baxışları Xameneiyə böyük təsir göstərib və onu anti-şah mübarizəsinə cəlb edib. 1964-cü ildə Xomeyni ölkədən sürgün olunandan sonra Xamenei SAVAQ tərəfindən həbs edilib, lakin az sonra sərbəst buraxılıb. 1963–1975-ci illərdə beş dəfə həbs olunaraq aylarla həbsdə saxlanılıb.

İslam İnqilabı və prezidentlik

Xamenei İslam İnqilabının əsas fiqurlarından biri və Xomeyninin yaxın silahdaşı olub. İnqilabdan sonra ölkənin müvəqqəti hakimiyyət orqanı olan İnqilab Şurasının üzvü olmuşdur. Həmin dövrdə o, "Cümhuri-ye İslami" (İslam Respublikası) adlı qəzetin əsasını qoymuşdur.

1979-cu ildə İslam İnqilabının İranda şahı devirməsindən sonra o, Tehranda cümə namazının imamı təyin olundu. Eyni zamanda İslam Respublikası Partiyasının (İRP) təsisçilərindən biri və Mərkəzi Şurasının üzvü oldu. 1979-cu ildə müdafiə nazirinin müavini, SEPAH-ın rəhbəri, 1980-ci ildə isə Xomeyninin Müdafiə Şurası və Silahlı Qüvvələr üzrə nümayəndəsi təyin edildi. Mart 1980-də Məclisə deputat seçildi.

27 iyun 1981-ci ildə sol radikal “Furqan” təşkilatı tərəfindən keçirilən sui-qəsd zamanı Xamenei yaralanıb və sağ əli iflic olub. Xamenei 1 sentyabr 1981-ci ildə İRP-nin baş katibi seçildi.

2 oktyabr 1981-ci ildə keçirilən növbədənkənar prezident seçkilərində 95% səslə qalib gəldi. Beləcə, ruhanilərdən ilk dəfə prezident postuna seçilən şəxs oldu. Baş nazir postuna onun qohumu Mir Hüseyn Musəvi təyin edildi. Xomeyninin icazəsi ilə Xamenei İRP baş katibi vəzifəsini də saxladı.

Prezidentliyi dövründə İranda kontrinqilabçı qruplara qarşı kütləvi repressiyalar başladı. Xamenei “liberalizmə və ABŞ-yönümlü meyllərə” qarşı çıxaraq onların aradan qaldırılmasını tələb etdi. Minlərlə müxalif inqilab məhkəmələri tərəfindən edam edildi.

İran–İraq müharibəsi dövründə ölkəyə rəhbərlik etmiş və SEPAH-ın xalq ordusundan elitar hərbi gücə çevrilməsində əsas rol oynaya bildi. 16 avqust 1985-ci ildə keçirilən prezident seçkilərində də 85% səslə yenidən prezident seçildi.

Ali rəhbər seçilməsi

3 iyun 1989-cu ildə Ruhullah Xomeyni vəfat etdi. Ertəsi gün toplanan Ekspertlər Şurası 74 üzvdən 60-nın səsi ilə Xameneini Ali Rəhbər seçdi. Onun namizədliyini “edam hakimi” kimi tanınan Sadıq Xalxali irəli sürmüşdü. Əvvəlcə bəzi ayətollahlar bu vəzifənin bir neçə nəfərdən ibarət şura tərəfindən icra edilməsini təklif etsə də, bu təklif qəbul edilmədi.

Ali rəhbərlik postunun əsas hüquqi bazası olan "Vilayəti Fəqih" prinsipinə görə, dövlətin bütün qərarları Ali Rəhbərin təsdiqi olmadan hüquqi qüvvəyə minmir. Bu vəzifəni yalnız İslam hüququ üzrə ixtisaslı və idarəçilik bacarığı olan şəxs icra edə bilər.

Xamenei bu posta seçildikdə hələ “mərcə” (böyük ayətullah) titulu daşımırdı. Konstitusiyaya əsasən isə bu vəzifəyə yalnız mərcə seçilə bilərdi. Xomeyni bu problemi əvvəlcədən görərək konstitusiyanın dəyişdirilməsi üçün komissiya yaratmışdı. Rəsmən bu düzəlişlər 28 iyul referendumunda qəbul edildi. Xamenei 1994-cü ildə “mərcə” titulu aldı, lakin İran daxilindəki şiələr üçün deyil, yalnız İran xaricindəki şiələr üçün özünü mərcə kimi tanıdı.

Nüvə silahı barədə fətva

Xamenei nüvə silahının istehsalı, yığılması və istifadəsini İslam baxımından haram elan edən fətva vermişdi. Bu fətva 2005-ci ilin avqustunda Vyanada keçirilən MAQATE iclasında rəsmi bəyanat kimi təqdim edilmişdi. Lakin keçmiş diplomatların bəzi açıqlamalarına görə, Xamenei bu fətvanın İran müsəlmanlarının nüvə silahı hazırlamasını qadağan etmədiyini gizli şəkildə bəyan etmişdi. Bəzi təhlillərə əsasən bu fətva "təqiyyə" (təhlükədən qorunmaq məqsədilə mövqeyini gizlətmək) prinsipi ilə verilmiş və ya gələcəkdə dəyişdirilə bilər.

Daxili siyasət

Xamenei İranın mühafizəkar qanadının lideri hesab olunur. Eyni zamanda elm və texnologiyanın inkişafını dəstəkləyir. O, ilk ruhanilərdən biri olaraq kök hüceyrələr və klonlaşdırma ilə bağlı tədqiqatlara müsbət yanaşmışdır. Atom enerjisi sahəsində irəliləyişə xüsusi önəm verir. “Neft və qaz ehtiyatları sonsuz deyil,” — deyə bildirmişdir.

2004-cü ildə konstitusiyanın 44-cü maddəsinə dəyişiklik edilərək iqtisadiyyatın özəlləşdirilməsi prosesi sürətləndirildi. ABŞ-a qarşı sərt ritorika Xameneinin çıxışlarının daimi hissəsidir. O, ABŞ-ı imperialist siyasət və İsrailə dəstək verdiyinə görə tənqid edir.

Xamenei İsraili qeyri-qanuni işğalçı rejim hesab edir. O, fələstinlilərin İsraili tanımamasını dəstəkləyir. Onun fikrincə, “İslam dünyasından kim bu rejimi tanıyarsa, utanc və rədd edilmə ilə üzləşəcək və bu addımın heç bir dəyəri olmayacaq, çünki bu rejim uzun sürməyəcək.” O, Holokostun reallığını dəfələrlə şübhə altına almışdır.

Xameneiyə görə, fələstin məsələsinin həlli fələstinli qaçqınlar və 1948-ci ildən əvvəl Fələstində yaşamış müsəlman, xristian və yəhudilər arasında keçiriləcək ümumi referendumla mümkündür. Bu xalq seçkiləri Fələstin üzərində hökmranlıq edəcək rejimi müəyyən etməlidir.

Şəxsi həyatı

Xamenei 1964-cü ildə Hucəstə Xamenei ilə evlənib. Bu nikahdan 4 oğlu (Müctəba, Müstəfa, Məsud, Məsyəm) və 2 qızı (Buşra və Xüda) dünyaya gəlib. Oğlu Müctəba Məclisin keçmiş sədri Qulamhüseyn Həddad-Adilin qızı ilə evlidir. Həddad-Adilin sözlərinə görə, Xamenei təvazökar və zahid həyat tərzi sürür.

Əmisi oğlu Əli Təhrani 1981-ci ildə İraqa qaçaraq İrana qarşı təbliğat aparmış, sonradan bacısı da ona qoşulmuşdur.

Xamenei fars, azərbaycan və ərəb dillərini sərbəst, ingilis dilində isə müəyyən qədər danışa bilir. Ərəbcədən bir neçə kitab tərcümə etmişdir. Fars poeziyasına və gəncliyində futbola maraq göstərmişdir. Hazırda dağlıq ərazilərdə gəzintiyə üstünlük verir.

İsrail–İran birbaşa toqquşması

2025-ci il 14 iyun cümə günündən etibarən İsrail və İran bir-birinə qarşı qarşılıqlı hava və raket zərbələri endirir. İsrail müxtəlif hərbi və strateji İran obyektlərini hədəf alarkən, İran da İsrailə qarşı yüzlərlə ballistik raketlə hücum edib. İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın “ABC News” telekanalına verdiyi açıqlamada bildirib ki, İranın ali lideri Əli Xameneinin öldürülməsi bu ölkə ilə münaqişəni bitirə bilər. O, İranı “terror və dağıdıcı” fəaliyyətləri yaymaqda ittiham edərək bildirib ki, ABŞ-ın İsrailin İranın nüvə proqramını məhv etmək səylərinə dəstək verməsi ABŞ-ın öz maraqlarına uyğundur.

Netanyahu vurğulayıb: “Münaqişə nə qədər lazımdırsa, o qədər də davam edəcək. İranın yaratdığı təhdidlər ya birbaşa, ya da dolayı yollarla aradan qaldırılacaq.”

“İran sonsuz müharibə istəyir. Onlar bizi nüvə müharibəsinin astanasına sürükləyirlər. İsrailin atdığı addımlar bu təhlükəni önləməyə və təcavüzə son qoymağa yönəlib. Biz yalnız şər qüvvələrinə qarşı çıxaraq buna nail ola bilərik.” – deyə o qeyd edib.

Xamenei zaman-zaman Azərbaycan və Türkiyəni də təhdid edib.

İran İsrail müharibəsi son dəqiqə, ABŞ İran hərbi gərginliyi, Yaxın Şərq 2026 Iran Israel war news, US strikes on Iran, Middle East conflict 2026, Nuclear deal escalation Война Ирана и Израиля 2026, удары США по Ирану, конфликт на Ближнем Востоке, ядерные объекты İran İsrail savaşı son durum, ABD İran gerilimi, Orta Doğu çatışma riskleri, nükleer tesisler الحرب بين إيران وإسرائيل، الضربات الأمريكية على إيران، تصعيد الشرق الأوسط 2026 جنگ ایران و اسرائیل، حملات آمریکا به ایران، تنش های خاورمیانه، برنامه هسته ای Iran Israel Krieg 2026, US-Angriffe auf Iran, Nahostkonflikt aktuell Guerre Iran Israël 2026, frappes américaines en Iran, conflit au Moyen-Orient Guerra Irán Israel 2026, ataques de EE. UU. a Irán, conflicto en Medio Oriente Guerra Iran Israele 2026, attacchi USA in Iran, escalation in Medio Oriente Guerra Irã Israel 2026, ataques dos EUA ao Irã, conflito no Oriente Médio 伊朗以色列战争 2026, 美国对伊朗的打击, 中东冲突最新消息 イラン・イスラエル戦争 2026, 米国によるイラン攻撃, 中東紛争の緊張 이란 이스라엘 전쟁 2026, 미국의 이란 공격, 중동 갈등 고조 ईरान इजरायल युद्ध 2026, ईरान पर अमेरिकी हमले, मध्य पूर्व तनाव ইরান ইসরায়েল যুদ্ধ ২০২৬, ইরানে মার্কিন হামলা, মধ্যপ্রাচ্য সংকট Chiến tranh Iran Israel 2026, Mỹ tấn công Iran, xung đột Trung Đông สงครามอิหร่านอิสราเอล 2026, สหรัฐโจมตีอิหร่าน, ความตึงเครียดในตะวันออกกลาง Perang Iran Israel 2026, serangan AS ke Iran, konflik Timur Tengah terbaru Wojna Iran Izrael 2026, ataki USA na Iran, konflikt na Bliskim Wschodzie Oorlog Iran Israël 2026, VS aanvallen op Iran, conflict in het Midden-Oosten Krig Iran Israel 2026, USA:s attacker mot Iran, Mellanösternkonflikten Війна Ірану та Ізраїлю 2026, удари США по Ірану, конфліkt на Близькому Сході Πόλεμος Ιράν Ισραήλ 2026, επιθέσεις ΗΠΑ στο Ιράν, ένταση στη Μέση Ανατολή Războiul Iran Israel 2026, atacurile SUA asupra Iranului, conflictul din Orientul Mijlociu Irán Izrael háború 2026, amerikai csapások Irán ellen, közel-keleti konfliktus Válka Írán Izrael 2026, útoky USA na Írán, konflikt na Blízkém východě מלחמת איראן ישראל 2026, תקיפות ארה"ב באיראן, הסלמה במזרח התיכון ایران اسرائیل جنگ 2026، ایران پر امریکی حملے، مشرق وسطیٰ کی صورتحال ირანის ისრაელის ომი 2026, აშშ-ის თავდასხმები ირანზე, ახლო აღმოსავლეთის კონფლიქტი

Məqalədə: #Əli Xamenei #Babası Ayətullah Seyid Hüseyn #Zahid və təvazökar həyat tərzi #Fars poeziyası və futbol marağı #Şiə ruhani təhsili #Ayətullah Ruhullah Xomeyni ilə tanışlıq #Radikal anti-şah mövqeyi #SAVAQ tərəfindən təqiblər #İslam İnqilabının əsas fiqurlarından biri #Ruhullah Xomeyninin yaxın silahdaşı #İnqilab Şurasının üzvü #Cümhuri-ye İslami qəzeti #İslam Respublikası Partiyası (İRP) təsisçisi #Müdafiə naziri müavini və SEPAH rəhbəri #Silahlı Qüvvələrin nümayəndəsi #İRP baş katibi #Mir Hüseyn Musəvi ilə əməkdaşlıq #Prezidentliyi dövründə repressiyalar #SEPAH-ın güclənməsi #Sadıq Xalxali #Konstitusiya dəyişiklikləri (1990) #Ruhanilər və siyasi struktur #Ali Rəhbərin hüquq və səlahiyyətləri #Nüvə silahı istehsalı və istifadəsinə fətva #İslam baxımından nüvə silahının qadağan olunması #ABŞ-İsrail-İran üçbucağı #Mühafizəkar qanadın lideri #Liberalizmə qarşı mövqe #Media və ifadə azadlığına nəzarət #İslam İnqilabının liderləri #İran dövlət strukturunun xüsusiyyətləri #İran ruhanilərinin rolu və statusu #İran konstitusiyası və siyasi institutlar #İranın dini və dünyəvi qanunları #Regional geosiyasət və İranın strateji hədəfləri

Mövzu üzrə digər xəbərlər

Müctəba Xamenei sağdır, lakin çox ağır yaralanıb - Tramp
Digər Dövlətlər

Müctəba Xamenei sağdır, lakin çox ağır yaralanıb - Tramp

26 Avqust 19:24
İran parlamentinin sədri Bağdad, Kərbəla və Nəcəfə səfər edəcək
İran

İran parlamentinin sədri Bağdad, Kərbəla və Nəcəfə səfər edəcək

18 Avqust 22:48
İranın ərəb və İslam dünyası ilə qarşı-qarşıya qoyulması ssenarisi hazırlanır
Yaxın Şərq

İranın ərəb və İslam dünyası ilə qarşı-qarşıya qoyulması ssenarisi hazırlanır

4 Avqust 18:10
İran Ukraynaya cavab zərbəsindən imtina etdiyini açıqlayıb
İran

İran Ukraynaya cavab zərbəsindən imtina etdiyini açıqlayıb

4 Avqust 10:20

Son Xəbərlər

Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
10:00
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
09:48
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək
09:42
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
09:36
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
09:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.