10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Körfəz Əməkdaşlıq Şurası Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib

Səudiyyə Ərəbistanı husilərin Əbha, Xamis-Müşeyt, Cizan və Nəcran şəhərlərində mülki və iqtisadi obyektlərə hücumlarını ən sərt şəkildə pisləyib

8 Sentyabr 2026 09:48
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib

Səudiyyə Ərəbistanı husilərin Əbha, Xamis-Müşeyt, Cizan və Nəcran şəhərlərində mülki və iqtisadi obyektlərə hücumlarını ən sərt şəkildə pisləyib. Hücumlar nəticəsində qadın və uşaqlar da daxil olmaqla 73 mülki şəxsin yaralandığı bildirilib.

ArabAZ xəbər verir ki,Krallıq husilərin Qırmızı dənizdə ticarət gəmilərini hədəfə almaqda davam etməsini və beynəlxalq dəniz naviqasiyasının azadlığına yaratdığı təhdidləri də pisləyib.

Husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində 73 nəfər yaralanıb Bunu da oxuyun Husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində 73 nəfər yaralanıb

Səudiyyə Ərəbistanı husilərin Yəmənin, eləcə də ərəb və İslam ölkələrindən ibarət regionun təhlükəsizliyi və sabitliyini təhdid edən mövqeyini və fəaliyyətini qəti şəkildə rədd etdiyini bildirib. Ər-Riyad husilərin sülh təşəbbüslərini davamlı şəkildə rədd etməsini də tənqid edib.

Krallıq öz suverenliyini müdafiə etmək, milli resurslarını qorumaq, vətəndaşlarının və ölkədə yaşayan şəxslərin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək hüququnu vurğulayıb. Bildirilib ki, beynəlxalq hüquqa uyğun olaraq Səudiyyə Ərəbistanının ərazisini və resurslarını hədəfə alan heç bir təcavüzə dözümlülük göstərilməyəcək.

Səudiyyə Ərəbistanı husilərə mülki şəxsləri və obyektləri hədəfə almağın nəticələri barədə xəbərdarlıq edib. Krallıq bütün eskalasiya addımlarının və dəniz təhlükəsizliyinə qarşı davam edən təhdidlərin dərhal dayandırılmasının vacibliyini vurğulayıb.

Ər-Riyad beynəlxalq ictimaiyyəti məsuliyyətini yerinə yetirməyə və BMT Təhlükəsizlik Şurasının, xüsusilə 2216 (2015) və 2722 (2024) saylı qətnamələrinin icrasını təmin etməyə çağırıb.

#بيان | تعرب وزارة الخارجية عن إدانة واستنكار المملكة العربية السعودية بأشد العبارات استهدافات ميليشيا الحوثي الإرهابية أعيان مدنية واقتصادية في (أبها، وخميس مشيط، وجازان، ونجران) نتج عنها إصابة ثلاثة وسبعين مدنيًا من بينهم نساء وأطفال، إلى جانب استمرار الميليشيا في استهداف السفن… pic.twitter.com/HIxMQIDESQ

— وزارة الخارجية 🇸🇦 (@KSAMOFA) September 8, 2026
Məqalədə: #Səudiyyə Ərəbistanı #Yəmən #Qırmızı dəniz #Husilər #BMT Təhlükəsizlik Şurası #Dəniz təhlükəsizliyi #Cizan #Nəcran #Husi hücumları #Əbha #Xamis-Müşeyt #Səudiyyə Ərəbistanı Yəmən münasibətləri #2216 saylı qətnamə #2722 saylı qətnamə

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib

9 Sentyabr 18:15
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Səudiyyə Ərəbistanı

Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb

9 Sentyabr 12:03
Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib

9 Sentyabr 11:48
Səudiyyədə mədəniyyətin intellektual təhlükəsizliyin gücləndirilməsində rolu müzakirə olunub
Səudiyyə Ərəbistanı

Səudiyyədə mədəniyyətin intellektual təhlükəsizliyin gücləndirilməsində rolu müzakirə olunub

9 Sentyabr 09:26

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.