Yəmən Bab əl-Məndəbdə hərbi dəyişikliklərə qarşı xəbərdarlıq edib
Rəşad əl-Əlimi Bab əl-Məndəbdəki hərbi dəyişikliklərin Qırmızı dəniz, Süveyş kanalı və dünya ticarətinə təhlükə yaratdığını bildirib.
Böyük Britaniya Yəməndə döyüşlərin dayandırılmasını tələb edir
Böyük Britaniya husiləri Yəməndə və Səudiyyə Ərəbistanına qarşı hücumları dərhal dayandırmağa çağırıb.
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
Turist axınının kəskin çoxalması nəticəsində 2027-ci ilə qədər Ər-Riyad hotellərinin gəlirliliyində 18,6 faizlik artım gözlənilir, Ciddədə isə minlərlə yeni nömrə istifadəyə veriləcək.
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azərbaycan Hava Yolları 2026-cı il sentyabrın 15-dən etibarən Səudiyyə Ərəbistanının Ciddə şəhərinə müntəzəm uçuşları bərpa edir.
Yəməndə yenidən başlayan döyüşlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etməyə məcbur olub
Yəmənin cənub-qərbində husilərlə hökumət qüvvələri arasında yenidən başlayan döyüşlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı husilərin Əbha, Xamis-Müşeyt, Cizan və Nəcran şəhərlərində mülki və iqtisadi obyektlərə hücumlarını ən sərt şəkildə pisləyib
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
Yəmənin cənub-qərbində hökumət qüvvələri ilə İranın dəstəklədiyi husilər arasında günlərdir davam edən döyüşlər nəticəsində ölənlərin sayı 300-ü keçib.
Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir
Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qırmızı dənizin təhlükəsizliyinin təmin edilməsinin bu dənizə sahili olan dövlətlərin müstəsna məsuliyyəti olduğunu bildirib.Bu barədə VOA məlumat verir.Sisi İtaliyanın xarici işlər naziri Antonio Tajani ilə görüşündə Qırmızı dənizin sabitliyinin pozulmasına, eləcə də onun hərbiləşdirilməsinə və beynəlmiləlləşdirilməsinə yönəlmiş cəhdlərin yolverilməz olduğunu vurğulayıb.
Heç bir ölkə dəniz yollarında sərbəst hərəkətə mane ola bilməz - Misir
Misirin xarici işlər naziri Bədr Əbdülati strateji dəniz yollarında sərbəst hərəkətə qarşı təhdidlərin qəbuledilməz olduğunu bildirib. O, heç bir ölkənin Hörmüz və Bab əl-Məndəb boğazlarında gəmiçiliyə mane olmamalı olduğunu vurğulayıb. Nazir Qırmızı dənizdə də sərbəst və təhlükəsiz gəmiçiliyin təmin edilməsinin vacibliyini qeyd edib. Əbdülati dəniz yollarına qarşı təhdidləri regional və beynəlxalq təhlükəsizliyə birbaşa təhlükə adlandırıb. Onun sözlərinə görə, mövcud vəziyyət beynəlxalq təchizat zəncirlərinə mənfi təsir göstərir. Strateji su yollarındakı maneələr dünya ticarətinə də ciddi təsir edə bilər. Misir bütün boğazlarda sərbəst gəmiçiliyin beynəlxalq qaydalara uyğun qorunmasını istəyir. Qahirə dəniz təhlükəsizliyinin təmin edilməsini regional sabitlik üçün mühüm hesab edir.
Qətər və Səudiyyə Ərəbistanı dəniz təhlükəsizliyinə çağırış edib
Qətər və Səudiyyə Ərəbistanı dəniz naviqasiyasının təhlükəsizliyi və azadlığının təmin edilməsinin vacibliyini vurğulayıb, İsrailin Qəzza ilə bağlı ABŞ Prezidenti Donald Trampın planını davam etdirməkdən imtina etməsini yenidən pisləyib. Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani ilə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Ər-Riyadda keçirilən görüşdə regiondakı son hadisələri və gərginliyin azaldılması üzrə diplomatik səyləri müzakirə ediblər.
Husilər Bab əl-Məndəb boğazını ələ keçirməyə hazırlaşırlar - Yəmən
Yəmənin informasiya naziri Müəmmər əl-İryani husilərin Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirməyə hazırlaşdıqlarını iddia edib. Onun sözlərinə görə, husilər Yəmənin qərb sahillərində hərbi mövcudluqlarını genişləndirirlər. Nazir husilərin Qırmızı dənizdəki strateji Yəmən adalarına da nəzarəti ələ keçirməyə çalışdıqlarını bildirib. Yəmən hökuməti limanlara, gəmilərə və dəniz qüvvələrinə qarşı hücumları bu planın göstəricilərindən biri hesab edir. Husilər hazırda Bab əl-Məndəb boğazının birbaşa sahilindəki ərazilərə nəzarət etmirlər. Bununla belə, boğazdan şimalda yerləşən Hüdeydə limanı onların nəzarətindədir. Bab əl-Məndəb beynəlxalq ticarət və enerji daşımaları üçün dünyanın mühüm dəniz keçidlərindən biridir. Boğaza nəzarət uğrunda mümkün mübarizənin Qırmızı dənizdə təhlükəsizlik vəziyyətini daha da gərginləşdirə biləcəyi bildirilir.
Hörmüz boğazından gəmi keçidləri kəskin azalıb
Hörmüz boğazından keçən gəmilərin sayı bir həftə ərzində 19,5 faiz azalıb. Avqustun 10-dan başlayan həftədə boğazdan 95 gəmi keçib. Avqustun 16-da isə yalnız üç keçid qeydə alınıb. Bəzi gəmilər Hörmüz boğazının İran tərəfdən və alternativ marşrutlardan istifadə edib. Oman tərəfdən keçən marşrutlarda isə heç bir keçid qeydə alınmayıb. Bəb əl-Məndəb boğazında gəmi keçidlərinin sayı 6,7 faiz artaraq 254-ə çatıb. İzlənməsi mümkün olmayan keçidlərin sayı 40-dan 16-ya düşüb.Məlumatlar bölgədə gəmiçilik marşrutlarının təhlükəsizlik vəziyyətinə uyğun dəyişdiyini göstərir.