13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyəyə səfəri çərçivəsində Pakistan İslam Respublikasının Xaricdə Yaşayan Pakistanlılar və İnsan Resurslarının İnkişafı naziri Çaudri Salik Hüseyn, Nigeriya Diaspor Komissiyasının sədri Abike Dabiri-Erewa və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin sədri Abdullah Eren ilə görüşlər keçirib.

12 Sentyabr 2026 09:47

ArabAZ xəbər verir ki, görüşlərdə Azərbaycanın diaspor siyasəti, xaricdə yaşayan soydaşlarla əlaqələrin möhkəmləndirilməsi, diaspor təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq imkanları, beynəlxalq platformalarda ortaq təşəbbüslərlə çıxış edilməsi, eləcə də Azərbaycan və Türkiyənin qardaşlığının üçüncü ölkələrdə birgə təşviqi istiqamətində fikir mübadiləsi aparılıb.

Komitə sədri beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinin, Azərbaycan diasporunun fəaliyyətinin daha da gücləndirilməsinin və xaricdə yaşayan azərbaycanlıların potensialının vahid məqsədlər ətrafında səfərbər edilməsinin prioritet istiqamətlərdən olduğunu bildirib.

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub Bunu da oxuyun Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Tərəflər rəhbərlik etdikləri qurumların fəaliyyəti barədə məlumat verərək, Azərbaycanla diaspor sahəsində əməkdaşlığın inkişafında maraqlı olduqlarını ifadə ediblər. Həmçinin mövcud əlaqələrin genişləndirilməsi, yeni birgə layihələrin hazırlanması ilə bağlı razılıq əldə olunub.

Görüşlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev, Türkiyə–Azərbaycan Dərnəkləri Federasiyasının sədrinin müşaviri Pərviz Məmmədzadə, Pakistanın Türkiyədəki Səfirliyinin üçüncü katibi Mürva Suleyman və digər rəsmi şəxslər iştirak ediblər.

Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
Məqalədə: #Diasporla İş üzrə Dövlət Komitəsi #Fuad Muradov #Azərbaycan diasporu #TİKA #Abdullah Eren #Azərbaycan-Türkiyə münasibətləri #Valeh Hacıyev #diaspor siyasəti #Türkiyə səfəri #Çaudri Salik Hüseyn #Abike Dabiri-Erewa #Pərviz Məmmədzadə

Mövzu üzrə digər xəbərlər

Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib
Texnologiya

Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib

12 Sentyabr 19:55
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Linux

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri

12 Sentyabr 13:46
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

11 Sentyabr 13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

11 Sentyabr 13:08

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.