Diaspor gəncləri Azərbaycanın həqiqətlərinin müdafiəsində ön sırada olmalıdırlar - Fuad Muradov
Xaricdə yaşayan azərbaycanlı gənclər yaşadıqları ölkələrdə Azərbaycanın milli maraqlarının müdafiəsində fəal rol oynamalı, ölkəyə qarşı aparılan qarayaxma kampaniyalarına öz bilik və bacarıqları ilə cavab verməlidirlər.
Komitə sədri Qars Təhsil və Mədəniyyət Vəqfinin nümayəndə heyətini qəbul edib
Fuad Muradov Qars Təhsil və Mədəniyyət Vəqfinin sədri Kamil Salduzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu məktəbi açılıb
Almaniyanın Ştutqart şəhərində növbəti Azərbaycan Evinin və evin nəzdində həftəsonu Azərbaycan məktəbinin açılışı olub. Azərbaycan Respublikasının Dövlət Himni səslənib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir diaspor siyasətindən və diasporla ortaq fəaliyyətin şaxələndirilməsindən danışıb, dünyanın müxtəlif ölkələrində Azərbaycan Evlərinin, həftəsonu məktəblərinin açıldığını qeyd edib. Sədr, həmçinin Almaniyada daha bir Azərbaycan Evinin və evin nəzdində həftəsonu məktəbinin açılması münasibətilə soydaşlarımızı təbrik edib, bunu dövlətimizin xaricdə yaşayan azərbaycanlılara göstərdiyi qayğının əyani sübutu kimi dəyərləndirib.
Macarıstanın Azərbaycandakı səfiri Diaspor Komitəsində olub
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Macarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanla görüşüb.