İraq Media Şəbəkəsinin Qəyyumlar Şurasının sədri Sair Əl-Qənimi ekoloji məsələlərlə bağlı ictimai maarifləndirmədə medianın rolunun gücləndirilməsinin vacibliyini vurğulayıb.
ArabAZ xəbər verir ki,Əl-Qənimi İraqın Ətraf Mühit naziri Sərvə Əbdülvahidlə görüşündə ekoloji problemlərin peşəkar və məsuliyyətli şəkildə işıqlandırılmasının əhəmiyyətindən danışıb. Tərəflər ətraf mühitin qorunması ilə bağlı maarifləndirici fəaliyyətlərin genişləndirilməsi və bu sahədə media ilə dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər.
İraq Media Şəbəkəsinin ekoloji məsələlərlə bağlı ictimaiyyətin məlumatlandırılmasında və ekoloji davranışların təşviqində daha fəal rol oynamasının vacibliyi qeyd olunub. Medianın ətraf mühit problemlərinin səbəbləri və onların qarşısının alınması yolları barədə obyektiv məlumatların yayılmasına töhfə verməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə həmçinin ekoloji problemlərin həlli, ictimaiyyətin bu məsələlər barədə məlumatlılığının artırılması və ətraf mühitin qorunmasına yönəlmiş təşəbbüslərin dəstəklənməsi istiqamətində əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.