12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Dünya azərbaycanlıları Həmrəylik Günü münasibətilə bir araya gəliblər

22 Dekabr 2023 15:12
Dünya azərbaycanlıları Həmrəylik Günü münasibətilə bir araya gəliblər

Bakı. AzerPress:

Diasporla İş üzrə Dövlət Komitəsi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Bir olaq, həmrəy olaq!” adlı videokonfrans keçirib.

AzerPress xəbər verir ki, virtual konfransda 77 ölkədən 700 nəfərə yaxın soydaşımız, türk diasporunun və Azərbaycana dost ölkələrin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir “Heydər Əliyev İli” çərçivəsində dünyanın müxtəlif ölkələrində Azərbaycan diasporunun keçirdiyi silsilə tədbirlərdən bəhs edən videoçarxın nümayişi ilə davam etdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov soydaşlarımızı böyük tarixi hadisə – Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Bu tarixi proses zamanı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində nümayiş etdirdikləri birlik və həmrəyliyə görə soydaşlarımıza və ölkəmizin dostlarına təşəkkürünü bildirib. Bu mütəşəkkilliyin əsasında dövlətimizin xaricdə yaşayan soydaşlarımıza qayğısının dayandığı, Prezident İlham Əliyevin Azərbaycan diasporunun dünyada real gücə, söz sahibinə çevrilməsi məsələsinə daim diqqət yetirdiyi, diasporumuzun çevikliyində və birliyində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələrin xüsusi rol oynadığı nəzərə çatdırılıb. 7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçiriləcəyini xatırladan sədr xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarını səsvermədə aktiv iştirak etməyə çağırıb.

Diaspor fəalları çıxışlarında Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunmasına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, xalqımızı bayramlar münasibətilə təbrik ediblər. Azərbaycan Bayrağının ölkəmizin bütün şəhər və kəndlərində ucaldılmasına nail olan Prezident İlham Əliyevin xalqımızın şərəfini və qürurunu özünə qaytardığı xüsusilə vurğulanıb. Dövlət başçısını doğum günü münasibətilə təbrik edən soydaşlarımız qeyd ediblər ki, 7 fevral 2024-cü il prezident seçkilərində İlham Əliyev dəstəkləyəcək, bundan sonra da vətənimizin dünyada təbliği, milli maraqlarımızın müdafiəsi, diaspor fəaliyyətinin gücləndirilməsi yolunda daha güclü şəkildə çalışacaqlar.

Videokonfrans boyunca xaricdəki soydaşlarımızın təbrik videomüraciətləri və müxtəlif musiqi nömrələri təqdim olunub. 24 ölkədən 42 nəfər soydaşımız “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Dünya azərbaycanlıları Həmrəylik Günü münasibətilə bir araya gəliblər
Məqalədə: #Dünya azərbaycanlıları #Həmrəylik Günü #Diasporla İş üzrə Dövlət Komitəsi #Fuad Muradov

Mövzu üzrə digər xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

11 Sentyabr 13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

11 Sentyabr 13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

11 Sentyabr 12:43
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.