Küveyt Neft Korporasiyasının (KPC) yaydığı rəsmi göstəricilərə əsasən, ötən gün keçirilən ticarət əməliyyatlarında Küveyt neftinin bir barelinin qiyməti 1.45 dollar geriləyərək 116.65 dollara enib. Əvvəlki gün bu göstərici 118.10 dollar səviyyəsində qərarlaşmışdı.
Küveyt neftinin ucuzlaşmasının əksinə olaraq, dünya birjalarında xam neftin qiymətlərində kəskin artım müşahidə olunub. Belə ki, beynəlxalq bazarlarda "Brent" markalı etalon neftin fyuçersləri 6.42 dollar bahalaşaraq bir barel üçün 107.63 dollara yüksəlib. ABŞ-nin "West Texas Intermediate" (WTI) markalı xam neftinin fyuçersləri isə 6.43 dollar artımla 102.48 dollar təşkil edib.