Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
Küveyt Neft Korporasiyası son ticarət sessiyasının nəticələrinə əsasən milli xam neftin qiymətində azalma qeydə alındığını açıqlayıb. Bir barel Küveyt nefti 1.45 dollar ucuzlaşaraq 118.10 dollardan 116.65 dollara enib.
Liviyada elektrik stansiyalarında partlayışlar: Ölkənin qərbi qaranlığa qərq oldu
Liviyanın qərbində elektrik stansiyaları və neft obyektlərində baş verən partlayışlar genişmiqyaslı elektrik kəsintilərinə səbəb olub. Paytaxt Tripoli ilə yanaşı, Surman, Zaviya və Sabrata şəhərlərində elektrik enerjisinin verilişi dayanıb. Liviya Baş Elektrik Şirkətinin məlumatına görə, Zaviya şəhərindəki elektrik stansiyasında baş verən partlayış nəticəsində bir neçə generator bloku fəaliyyətini dayandırıb. Texniki qruplar əraziyə göndərilib və elektrik enerjisinin mərhələli şəkildə bərpası üçün işlər aparılır. Partlayışın səbəbi açıqlanmayıb.