BƏƏ Səudiyyə Ərəbistanının Nəcran bölgəsinə hücumu pisləyib
Birləşmiş Ərəb Əmirlikləri husilərin Səudiyyə Ərəbistanının Nəcran bölgəsinə hücumunu pisləyib. BƏƏ Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayıb. Nazirlik hücumu Səudiyyə Ərəbistanının suverenliyinin kobud şəkildə pozulması kimi qiymətləndirib. Hücumun krallığın təhlükəsizliyi və sabitliyi üçün təhdid yaratdığı vurğulanıb. BƏƏ Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bildirib. Əbu-Dabi krallığın təhlükəsizliyini qorumaq məqsədilə həyata keçirdiyi tədbirləri dəstəklədiyini açıqlayıb. Hücumun nəticələri barədə ətraflı məlumat verilməyib. Mümkün dağıntılar və xəsarət alanlarla bağlı da məlumat açıqlanmayıb.
Körfəz Əməkdaşlıq Şurası husilərin Nəcran hücumunu pisləyib
Körfəz Əməkdaşlıq Şurası husilərin Səudiyyə Ərəbistanının Nəcran bölgəsinə hücumlarını qətiyyətlə pisləyib. KƏŞ-in baş katibi Casim Məhəmməd əl-Budeyvi hücumu beynəlxalq və humanitar hüququn pozulması olan terror aktı kimi qiymətləndirib. O, Səudiyyə Ərəbistanının təhlükəsizliyinin bütün Körfəz ölkələrinin təhlükəsizliyi ilə birbaşa əlaqəli olduğunu vurğulayıb. KƏŞ Ər-Riyadın sərhədlərini, suverenliyini və müstəqilliyini qorumaq üçün həyata keçirdiyi tədbirlərə tam dəstəyini açıqlayıb.
Qətər husilərin hücumları ilə bağlı Səudiyyə Ərəbistanına dəstəyini ifadə edib
Qətər Xarici İşlər Nazirliyi husilərin Səudiyyə Ərəbistanının Nəcran bölgəsinə hücumunu pisləyib və krallıqla həmrəy olduğunu bəyan edib. Doha mülki şəxslərin hədəfə alınmasını qəbuledilməz adlandıraraq, Səudiyyə Ərəbistanının təhlükəsizlik və suverenliyini dəstəklədiyini bildirib. Bəyanatda regionda sabitliyin qorunmasının vacibliyi də vurğulanıb.
Ərəb Liqası husilərin Səudiyyə Ərəbistanı və Yəməndəki hücumlarını pisləyib
Ərəb Dövlətləri Liqasının baş katibi Nabil Fəhmi husilərin Səudiyyə Ərəbistanının Nəcran bölgəsinə və Yəmənin Mərib və Hədrəmaut vilayətlərində hökumət qüvvələrinə qarşı hücumlarını pisləyib. O bildirib ki, bu hücumlar regionun təhlükəsizliyi və sabitliyini təhdid edir, gərginliyin azaldılması imkanlarını zəiflədir. Ərəb Liqası Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edərək hücumların dayandırılmasına və siyasi dialoqa qayıdılmasına çağırıb.
Raum dağı Səudiyyənin gəzinti həvəskarları üçün məşhur yer
Səudiyyə Ərəbistanının Nəcran şəhərindəki Raum dağı həm yerli həm də əcnəbi turistlər üçün ən gəzməli yerlərdən biridir. AzerVoice xəbər verir ki, bölgənin ən görkəmli turistik yerlərindən biri olan Raumun tarixi arxeoloji qalası da Krallığın və dünyanın hər yerindən ziyarətçiləri cəlb edir.