4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

İran Avropa İttifaqı ölkələrinin səfirlərini Xarici İşlər Nazirliyinə çağırıb

İran tərəfi Avropa İttifaqının (Aİ) İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil etmək qərarına sərt reaksiya verib. İran mətbuatında yer alan xəbərlərə görə, ölkənin Xarici İşlər Nazirliyi etiraz əlaməti olaraq Aİ-yə üzv ölkələrin Tehrandakı bütün səfirlərini nazirliyə çağırıb. Səfirlərlə bazar və bazar ertəsi günləri keçirilən görüşlərdə Avropa İttifaqının qəbul etdiyi qərar qətiyyətlə pislənilib. Nazirlik rəsmiləri bildiriblər ki, SEPAH-ın terror siyahısına salınması beynəlxalq hüquq normalarına və Birləşmiş Millətlər Təşkilatının (BMT) nizamnaməsinə tamamilə ziddir. Görüşdə bu addımın İran xalqına qarşı təhqir kimi qiymətləndirildiyi vurğulanıb.

3 Fevral 2026 15:34
İran Avropa İttifaqı ölkələrinin səfirlərini Xarici İşlər Nazirliyinə çağırıb
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice, Nailə Babazadə

İran tərəfi Avropa İttifaqının (Aİ) İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil etmək qərarına sərt reaksiya verib.

AzerVoice xəbər verir ki, İran mətbuatında yer alan xəbərlərə görə, ölkənin Xarici İşlər Nazirliyi etiraz əlaməti olaraq Aİ-yə üzv ölkələrin Tehrandakı bütün səfirlərini nazirliyə çağırıb.

Səfirlərlə bazar və bazar ertəsi günləri keçirilən görüşlərdə Avropa İttifaqının qəbul etdiyi qərar qətiyyətlə pislənilib. Nazirlik rəsmiləri bildiriblər ki, SEPAH-ın terror siyahısına salınması beynəlxalq hüquq normalarına və Birləşmiş Millətlər Təşkilatının (BMT) nizamnaməsinə tamamilə ziddir. Görüşdə bu addımın İran xalqına qarşı təhqir kimi qiymətləndirildiyi vurğulanıb.

İran rəsmiləri həmçinin qeyd ediblər ki, İslam İnqilabı Keşikçiləri Korpusu ölkənin milli təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Onların fikrincə, Avropa İttifaqının bu qərarı beynəlxalq sülhə və hüququn aliliyi prinsipinə ciddi zərbə vurur.

Xatırladaq ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas bir müddət əvvəl sosial media hesabından etdiyi paylaşımda İran ordusunun bir hissəsinin terror təşkilatı kimi tanındığını elan etmişdi. Kallas bu qərarı İrandakı daxili təzyiqlərin cəzasız qala bilməyəcəyi ilə əsaslandırmışdı.

Məqalədə: #İran #BMT #SEPAH #SEPAH raket bölməsi #SEPAH casusları #SEPAH komandirləri #SEPAH-ın güclənməsi #SEPAH komandanlarının ölümü #SEPAH terror təşkilatı

Mövzu üzrə digər xəbərlər

İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran

İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”

17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İordaniya

İran və İordaniya arasında diplomatik gərginlik artır

17:14
Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

13:44
ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens
Digər Dövlətlər

ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

3 Sentyabr 22:36

Son Xəbərlər

İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.