15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Livanda sabiq iqtisadiyyat naziri Amin Salam girov qarşılığında azadlığa buraxılır

Livan məhkəməsi korrupsiya ittihamları ilə altı ay həbsdə saxlanılan sabiq iqtisadiyyat naziri Amin Salamın girov qarşılığında azadlığa buraxılmasını təsdiqləyib.

16 Dekabr 2025 18:30
Livanda sabiq iqtisadiyyat naziri Amin Salam girov qarşılığında azadlığa buraxılır

BAKI, AzerVoice, Orxan Qədirzadə

Livan məhkəməsi korrupsiya ittihamları ilə altı ay həbsdə saxlanılan sabiq iqtisadiyyat naziri Amin Salamın girov qarşılığında azadlığa buraxılmasını təsdiqləyib.

AzerVoice-un məlumatına görə, məhkəmə orqanları Amin Salam barəsində doqquz milyard Livan funtu (təxminən 100 min ABŞ dolları) məbləğində girov və ölkədən çıxış qadağası tətbiq edib. Girovun ödənildiyi, hazırda isə onun həbsxanadan azad edilməsi üçün prosedurların davam etdiyi bildirilir.

Qeyd edək ki, Amin Salam 2021–2025-ci illərdə keçmiş baş nazir Nəcib Mikati hökumətində iqtisadiyyat naziri vəzifəsində çalışıb və 2019-cu ildən bəri davam edən iqtisadi böhran fonunda həbs olunan yeganə sabiq nazirdir.

Məlumata görə, Salam “saxtakarlıq, vəsaitlərin mənimsənilməsi və şübhəli müqavilələr” üzrə istintaqa cəlb edilib. Onun müşaviri Fadi Tamim 2023-cü ildə sığorta şirkətlərindən şəxsi gəlir əldə etmək və şantaj ittihamı ilə bir il həbs cəzasına məhkum olunub.

Eyni zamanda, sabiq nazirin qardaşı Kərim Salam da bu ilin əvvəlində qeyri-qanuni varlanma, saxtakarlıq və sığorta şirkətlərinin sıxışdırılması ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb. İstintaq orqanlarının məlumatına görə, həmin əməllər nazirin vəzifə səlahiyyətlərindən istifadə edilməklə törədilib.

Livan cəmiyyətində dərin iqtisadi böhran əsasən uzun illər dövlət institutlarında mövcud olmuş idarəetmə problemləri və korrupsiya ilə əlaqələndirilir.

Bu il vəzifəyə başlayan Prezident Cozef Aun və Baş nazir Nəvvaf Salam beynəlxalq donorların tələb etdiyi islahatlar çərçivəsində korrupsiyaya qarşı mübarizəni prioritet elan ediblər. Rəsmi Beyrut məhkəmə sisteminin müstəqilliyinin qorunacağını və istintaqlara siyasi müdaxilənin qarşısının alınacağını bəyan edib.

Xatırladaq ki, sentyabr ayında Livanın Mərkəzi Bankının keçmiş rəhbəri Riyad Səlame də bir ildən artıq həbsdən sonra 14 milyon dollardan çox rekord girov ödəməklə azadlığa buraxılmışdı.

Məqalədə: #Livanda sabiq iqtisadiyyat naziri Amin Salam girovla azadlığa buraxılır #Livan məhkəməsi korrupsiya işi üzrə Amin Salamın azad edilməsinə razılıq verdi #Amin Salam barəsində girov qərarı: Livanda korrupsiya istintaqında yeni mərhələ #Суд Ливана освободил бывшего министра экономики Амина Салама под залог #Дело о коррупции: экс-министр экономики Ливана выйдет на свободу #Ливанская юстиция одобрила освобождение Амина Салама #Lebanon approves release of former economy minister Amin Salam on bail #Ex-Lebanon economy minister to be freed amid corruption probe #Lebanese court grants bail to former minister Amin Salam

Mövzu üzrə digər xəbərlər

İraq bir ixrac dəhlizindən asılı qala bilməz - Əli əz-Zeydi
İraq

İraq bir ixrac dəhlizindən asılı qala bilməz - Əli əz-Zeydi

21:16
Qəzzada müharibə nəticəsində ölənlərin sayı 73 min 789-a çatıb
Fələstin

Qəzzada müharibə nəticəsində ölənlərin sayı 73 min 789-a çatıb

20:48
İsraillə danışıqların məqsədi müharibəni bitirməkdir - Nəvaf Salam
Livan

İsraillə danışıqların məqsədi müharibəni bitirməkdir - Nəvaf Salam

20:28
Əhməd əş-Şaraa Dubayda ərəb mediasının rəhbərləri ilə görüşüb
Suriya

Əhməd əş-Şaraa Dubayda ərəb mediasının rəhbərləri ilə görüşüb

20:24

Son Xəbərlər

Qətər özəl sektorun inkişafı üçün yeni təşəbbüsləri müzakirə edib
Qətər özəl sektorun inkişafı üçün yeni təşəbbüsləri müzakirə edib
21:23
İraq bir ixrac dəhlizindən asılı qala bilməz - Əli əz-Zeydi
İraq bir ixrac dəhlizindən asılı qala bilməz - Əli əz-Zeydi
21:16
Böyük Britaniya Səudiyyə Ərəbistanı və Yəmən hökumətinə dəstəyini bildirib
Böyük Britaniya Səudiyyə Ərəbistanı və Yəmən hökumətinə dəstəyini bildirib
21:13
Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəməri bir neçə günə fəaliyyətini bərpa edəcək - ABŞ
Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəməri bir neçə günə fəaliyyətini bərpa edəcək - ABŞ
21:11
Qəzzada müharibə nəticəsində ölənlərin sayı 73 min 789-a çatıb
Qəzzada müharibə nəticəsində ölənlərin sayı 73 min 789-a çatıb
20:48
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.