6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Silahlı qrupların hücumu dialoq imkanlarını məhv edir - İraq Baş naziri

İraqın Baş naziri Məhəmməd Şiə Əl-Sudani Bağdadda kəşfiyyat qərargahına edilən dron hücumunu pisləyərək bunu “qorxaq silahlı qrupun terror aktı” adlandırıb. Sudani bildirib ki, bu hadisə hökumətlə silahlı qruplar arasında dialoq imkanlarını faktiki olaraq aradan qaldırır. Onun sözlərinə görə, bəzi qruplar ABŞ-ın İraqdakı maraqlarına qarşı hücumları İranla həmrəylik adı altında davam etdirir.

23 Mart 2026 11:05
Silahlı qrupların hücumu dialoq imkanlarını məhv edir - İraq Baş naziri

BAKI,VOA, Fərid Mikayılov

İraqın Baş naziri Məhəmməd Şiə Əl-Sudani Bağdadda kəşfiyyat qərargahına edilən dron hücumunu pisləyərək bunu “qorxaq silahlı qrupun terror aktı” adlandırıb.

VOA xəbər verir ki, hücum nəticəsində bir zabit həlak olub, bir neçə kəşfiyyat əməkdaşı isə yaralanıb.

Sudani bildirib ki, bu hadisə hökumətlə silahlı qruplar arasında dialoq imkanlarını faktiki olaraq aradan qaldırır. Onun sözlərinə görə, bəzi qruplar ABŞ-ın İraqdakı maraqlarına qarşı hücumları İranla həmrəylik adı altında davam etdirir.

Baş nazir siyasi qüvvələri dövlət institutlarına qarşı hücumlara münasibətdə “aydın və açıq mövqe” nümayiş etdirməyə çağırıb. Bu çağırış xüsusilə İrana yaxın şiə siyasi bloklarının bəzi üzvlərinə ünvanlanıb.

Məlumata görə, silahlı qruplar Bağdaddakı ABŞ səfirliyini, hava limanındakı diplomatik logistika bazasını və Ərbil şəhərindəki ABŞ konsulluğunu hədəf almaqda davam edir.

Sudani bazar günü hücumun baş verdiyi kəşfiyyat qərargahına baş çəkərək aidiyyəti qurumlara hadisənin hərtərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsi barədə göstəriş verib.

“Bu əməli törədənlər İraqı təmsil etmir. Bu cinayət üçün heç bir əsas yoxdur” - deyə o bildirib.

Baş nazir vurğulayıb ki, hökumət məsuliyyətli davranır, lakin ölkənin ali maraqlarına zidd addımlara laqeyd qalmayacaq.

Məqalədə: #İran #ABŞ #İraq #Məhəmməd Şia Əl-Sudani #Yaxın Şərq

Mövzu üzrə digər xəbərlər

Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Filmoskop

Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?

10:00
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Tarixdə bu gün

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?

00:10
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45

Son Xəbərlər

Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.