6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrailin ən böyük müdafiə şirkəti rekord gəliri açıqladı

Qlobal hərbi texnika bazarında müşahidə olunan genişlənmə və müxtəlif regionlarda müdafiə xərclərinin artması böyük hərbi texnologiya şirkətlərinin maliyyə göstəricilərinə birbaşa təsir göstərməkdə davam edir. İsrailin ən iri müdafiə sənayesi şirkətlərindən biri olan Elbit Sistemz son rübdə həm gəlirlərində, həm də sifariş portfelində rekord nəticələr əldə etdiyini açıqlayıb. Şirkətin maliyyə hesabatı göstərir ki, İsrail və Asiya bazarlarından daxil olan sifarişlər, eləcə də Avropa ölkələri ilə həyata keçirilən yeni müdafiə proqramları gəlirlərin əhəmiyyətli şəkildə yüksəlməsinə səbəb olub. Analitiklər hesab edirlər ki, artan geosiyasi gərginlik, dövlətlərin hərbi modernizasiya proseslərini sürətləndirməsi və müdafiə sistemlərinə tələbatın yüksəlməsi bu cür şirkətlərin gələcək fəaliyyətinə də təsir göstərməyə davam edəcək.

26 May 2026 18:29
İsrailin ən böyük müdafiə şirkəti rekord gəliri açıqladı

BAKI,VOA,Yusif Şərifzadə

Qlobal müdafiə sənayesi bazarında müşahidə olunan artım İsrailin ən iri hərbi texnologiya şirkətlərindən birinin maliyyə göstəricilərinə də əhəmiyyətli təsir edib.

VOA xəbər verir ki, Elbit Systems 2026-cı ilin ilk rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Şirkətin məlumatına əsasən, gəlirlər ötən ilin eyni dövründəki 1,9 milyard dollardan rekord səviyyə olan 2,2 milyard dollara yüksəlib.

Şirkətin sifariş portfeli də artaraq 30,2 milyard dollara çatıb. Bildirilir ki, artımın əsas hissəsi İsrail və Asiya bazarlarından daxil olan sifarişlər hesabına formalaşıb. Mövcud sifarişlərin böyük hissəsinin beynəlxalq bazarlardan gəldiyi və onların əhəmiyyətli hissəsinin yaxın illərdə icra ediləcəyi qeyd olunub.

Elbit Systems həmçinin adını açıqlamadığı Avropa ölkəsi ilə genişmiqyaslı hərbi modernizasiya proqramlarının həyata keçirilməsi üçün 1,4 milyard dollarlıq müqavilə imzaladığını açıqlayıb. Müqavilənin beş il müddətində icra olunacağı bildirilib.

Maliyyə hesabatına görə, birdəfəlik xərclər nəzərə alınmadan hər səhm üzrə mənfəət 2,57 dollardan 3,87 dollara yüksəlib. Bu göstərici bazar analitiklərinin proqnozlarını da üstələyib.

Məqalədə: #müdafiə sənayesi #hərbi modernizasiya #İsrail iqtisadiyyatı #Elbit Sistemz #hərbi texnologiyalar #qlobal silah bazarı #müdafiə xərcləri #hərbi sifarişlər #Asiya bazarı

Mövzu üzrə digər xəbərlər

İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır
İran

İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

2 Sentyabr 20:28
Kəşfiyyatdan silaha - Mossadın keçmiş rəhbəri niyə ABŞ müdafiə şirkətinə keçdi?
Digər Dövlətlər

Kəşfiyyatdan silaha - Mossadın keçmiş rəhbəri niyə ABŞ müdafiə şirkətinə keçdi?

5 Avqust 11:44
ABŞ raket əleyhinə sistemlərin istehsalını artırmaq üçün yeni saziş imzalayıb
Digər Dövlətlər

ABŞ raket əleyhinə sistemlərin istehsalını artırmaq üçün yeni saziş imzalayıb

3 Avqust 19:24
Tramp Türkiyəni tərifləyib, Ərdoğanı "dost" adlandırıb
Türkiyə

Tramp Türkiyəni tərifləyib, Ərdoğanı "dost" adlandırıb

27 İyul 21:59

Son Xəbərlər

Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.