7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

Avropa dövlətləri Fələstini tanıyacaq - Yaxın Şərqdə vəziyyət dəyişir

İsrail-Fələstin münaqişəsi uzun müddətdir ki, davam edir. Bu məsələnin həlli üçün bir sıra alternativ planlar irəli sürülsə də prosesə heç bir müsbət təsiri olmayıb. Qərb ölkələri isə ümumiyyətlə münaqişəyə “barmaq arasından” baxır. Avropanın sadəcə 3 dövləti – İspaniya, İrlandiya, Norveç – Fələstini dövlət kimi tanıyıb. Münaqişə hələ də davam etdiyinə görə deyə bilərik ki, üç Avropa dövlətinin Fələstini tanımasının heç bir təsiri olmadı.

4 Sentyabr 2025 12:36
Avropa dövlətləri Fələstini tanıyacaq - Yaxın Şərqdə vəziyyət dəyişir

Bakı. AzerVoice:

İsrail-Fələstin münaqişəsi uzun müddətdir ki, davam edir. Bu məsələnin həlli üçün bir sıra alternativ planlar irəli sürülsə də prosesə heç bir müsbət təsiri olmayıb. Qərb ölkələri isə ümumiyyətlə münaqişəyə “barmaq arasından” baxır. Avropanın sadəcə 3 dövləti – İspaniya, İrlandiya, Norveç – Fələstini dövlət kimi tanıyıb. Münaqişə hələ də davam etdiyinə görə deyə bilərik ki, üç Avropa dövlətinin Fələstini tanımasının heç bir təsiri olmadı. Digər Avropa dövlətləri də Fələstini tanıyacaqlarını bildirsələr də hələ də real addım atılmayıb. Bəs digər Avropa dövlətlərinin Fələstini tanıması prosesə necə təsir edə bilər? İsrail və ABŞ-nin məsələyə münasibəti necə olar?

AzerVoice xəbər verir ki, mövzu ilə bağlı politoloq Rufiz Hafizoğlu Crossmedia.az-a açıqlama verib:

“Hər şeydən öncə qeyd etmək istəyirəm ki, Fələstin dövləti gec-tez tanınacaq. İsrailin bu dövləti məhv etməsi cəhdlərinə baxmayaraq Fələstin dövlətinin tanınması şərtdir. Bu məsələ ilə bağlı müxtəlif yanaşmalar var. Amma unudulan bir nüans var. Bu gün Azərbaycanın özü belə Fələstin dövlətinin tanınması üçün təsis edilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvüdür. Və qeyd etmək lazımdır ki, Azərbaycan burda çox aktiv üzvdür. Fələstini dövlət kimi Birləşmiş Millətlər Təşkilatının (BMT) ortalama 70%-i tanıyıb. Qərb ölkələrinin əksəriyyəti hələ də tanımır. Lakin baş verən hadisələr onunla yekunlaşacaq ki, bütün Avropa dövlətləri Fələstini dövlət kimi tanıyacaqlar”.

Politoloq qeyd edib ki, Fələstinin Avropa dövlətləri tərəfindən tanınması İsrail-Fələstin münaqişəsinə heç bir təsir göstərməyəcək:

“Avropa dövlətlərinin Fələstini bir dövlət kimi tanıması İsrail-Fələstin münaqişəsinə təsir etməyəcək. Acı reallığı qəbul etməliyik ki, Fələstin dövlətinin tanınması hələ bölgədə problemin həll olması demək deyil. Çünki Fələstin dövlətinin tanınması 1967-ci il sərhədləri daxilində baş verməlidir. Yəni İsrail 1967-ci ildən bəri işğal etdiyi bütün torpaqları qaytarmalı, inşa etdiyi qeyri-qanuni tikililəri sökməlidir. Digər tərəfdən isə Fələstin və “Fəth” təşkilatı arasında bir uzlaşma olmalıdır. Dolayısı ilə deyə bilərik ki, Fələstin dövlətinin qarşısını kəsən yeganə qüvvə İsraildir və onun da ABŞ kimi böyük havadarı var. Bu gün İsrail höküməti HƏMAS-ı təhlükə kimi dünyaya çatdırmağa çalışsa da bölgədə yeganə təhlükəli dövlət İsraildir. İranla problemi var, Suriyaya davamlı hücumlar təşkil edir, Yəməndə husilərlə savaşır. Açıq şəkildə görünür ki, bölgədə sülhə yeganə əngəl İsrail dövlətidir. Fələstin dövlətinin tanınması çox uzun və çətin proses olacaq. Çünki ortada İsrail, ABŞ və Fələstin daxili qarşıdurmalar var”.

Məqalədə: #Rufiz Hafizoğlu

Mövzu üzrə digər xəbərlər

İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu
Rəy

İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu

25 Avqust 14:56
İranın qalib gəldiyi barədə yanaşma reallığı tam əks etdirmir - Rufiz Hafizoğlu
Rəy

İranın qalib gəldiyi barədə yanaşma reallığı tam əks etdirmir - Rufiz Hafizoğlu

25 Avqust 14:13
HƏMAS seçkilərə qayıdır? Təşkilatın qarşısında hansı siyasi ssenari var?
Rəy

HƏMAS seçkilərə qayıdır? Təşkilatın qarşısında hansı siyasi ssenari var?

15 Avqust 10:06
Məkkə sazişi Yaxın Şərqdə təhlükəsizlik balansını dəyişə bilərmi?
Rəy

Məkkə sazişi Yaxın Şərqdə təhlükəsizlik balansını dəyişə bilərmi?

13 Avqust 16:52

Son Xəbərlər

İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
18:17
Oman hücuma məruz qalan Səudiyyə gəmisinin 16 heyət üzvünü xilas edib
Oman hücuma məruz qalan Səudiyyə gəmisinin 16 heyət üzvünü xilas edib
18:13
Yəməndə döyüşlər şiddətlənib - 21 min insan köçkün düşüb
Yəməndə döyüşlər şiddətlənib - 21 min insan köçkün düşüb
18:09
Qəzzada ölənlərin sayı 73 658-ə çatıb
Qəzzada ölənlərin sayı 73 658-ə çatıb
18:05
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
17:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.