5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəy
Rəy

Ölkəmizdə müxtəlif dinlərin və məzhəblərin nümayəndələri azərbaycançılıq ideologiyası ətrafında sıx birləşiblər - Səttar Möhbalıyev

7 Yanvar 2024 12:14
Ölkəmizdə müxtəlif dinlərin və məzhəblərin nümayəndələri azərbaycançılıq ideologiyası ətrafında sıx birləşiblər - Səttar Möhbalıyev

Bakı. AzerPress:

Daim insan hüquqlarından, demokratiyadan bir alət kimi istifadə edən ABŞ-nin bu məsələlərdə, ümumiyyətlə, səmimi olmadığı hamıya məlumdur. Dövlət Departamentinin illik hesabatları isə adətən qərəzli olması ilə daha çox diqqət çəkir. Hesabatlarda göstərilənlər həqiqəti yox, ABŞ-nin görmək istədiyi kimi qeyd olunur. Qurumun dini azadlıqlarla bağlı sonuncu hesabatı da bu siyasətin bilavasitə davamıdır. Burada Azərbaycana aid məqamlar, demək olar ki, cəfəngiyyatdır, tamamilə böhtan üzərində qurulub.

Bu fikirləri AzerPress-ə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda müxtəlif dinlərin mənsubları arasında qarşılıqlı etimad mühiti mövcuddur: “Ayrı-ayrı dinlərə aid ibadət yerləri tam sərbəst şəkildə fəaliyyət göstərir. Həmçinin istər müsəlman, istərsə də qeyri-müsəlman dini icmalarına dövlətimiz tərəfindən hərtərəfli dəstək göstərilir. Eləcə də ölkə başçısı cənab İlham Əliyev dini bayramlarda onlara təbrik məktubları ünvanlayır, xoş arzularını çatdırır. Bir sözlə, ölkəmizdə müxtəlif dinlərin və məzhəblərin nümayəndələri azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək mehriban ailə kimi yaşayır və həmrəyliyini qoruyur. Bu cəhətlər Azərbaycanı dünyada tolerantlığın nümunəvi məkanlarından biri kimi tanıdır. Odur ki, sözügedən hesabatda Azərbaycanla bağlı qeyd olunan fikirlər yalandır, ölkəmizin dünyada artan nüfuzuna kölgə salmaq, mənfi fikir formalaşdırmaq məqsədi daşıyır”.

“Məlumdur ki, hesabatın bizə aid bölməsi etnik erməni Daniella Aşbaxyan tərəfindən hazırlanıb. Ondan da obyektiv yanaşma gözləmək, ən azından sadəlövhlük olardı. Çünki o, ədaləti bir kənara qoyaraq daha çox lobbi maraqları ilə hərəkət edir. Bundan başqa, Dövlət Departamenti başını qaldırıb dini zəmində öz ölkəsində baş verən xoşagəlməz hadisələrə, hətta qətllərə baxsaydı, daha yaxşı olardı. Bu istiqamətdə ABŞ-də vəziyyət xeyli bərbaddır, məhz dini mənsubiyyət səbəbindən öldürülənlərin sayı ildən-ilə yüksəlir. Bunun qarşısını almaq əvəzinə, hansısa dövləti dini azadlıqlarla bağlı ittiham etmək sadəcə məsuliyyətsizlikdir”, - Milli Məclisin deputatı vurğulayıb.

Ölkəmizdə müxtəlif dinlərin və məzhəblərin nümayəndələri azərbaycançılıq ideologiyası ətrafında sıx birləşiblər - Səttar Möhbalıyev
Məqalədə: #Səttar Möhbalıyev #Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

Mövzu üzrə digər xəbərlər

İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu
Rəy

İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

3 Sentyabr 09:48
Küveyt BMT Təhlükəsizlik Şurasından siyasi iradə tələb edir
Siyasət

Küveyt BMT Təhlükəsizlik Şurasından siyasi iradə tələb edir

27 Avqust 07:39
İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu
Rəy

İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu

25 Avqust 14:56
İranın qalib gəldiyi barədə yanaşma reallığı tam əks etdirmir - Rufiz Hafizoğlu
Rəy

İranın qalib gəldiyi barədə yanaşma reallığı tam əks etdirmir - Rufiz Hafizoğlu

25 Avqust 14:13

Son Xəbərlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
18:45
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
18:38
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
18:25
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
18:20
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
18:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.