7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Küveyt BMT Təhlükəsizlik Şurasından siyasi iradə tələb edir

Küveyt Dövləti bəyan edib ki, münaqişələrlə bağlı ərzaq təhlükəsizliyi problemi artıq sırf humanitar məsələ deyil, beynəlxalq sülh və təhlükəsizliyin qorunması ilə birbaşa bağlı amilə çevrilib. Ölkə mövcud beynəlxalq öhdəliklərin yerinə yetirilməsinin və müharibə metodu kimi mülki şəxslərin aclığa məruz qoyulmasının qarşısının alınmasının zəruriliyini vurğulayıb.

27 Avqust 2026 07:39
Küveyt BMT Təhlükəsizlik Şurasından siyasi iradə tələb edir

Küveyt Dövləti bəyan edib ki, münaqişələrlə bağlı ərzaq təhlükəsizliyi problemi artıq sırf humanitar məsələ deyil, beynəlxalq sülh və təhlükəsizliyin qorunması ilə birbaşa bağlı amilə çevrilib. Ölkə mövcud beynəlxalq öhdəliklərin yerinə yetirilməsinin və müharibə metodu kimi mülki şəxslərin aclığa məruz qoyulmasının qarşısının alınmasının zəruriliyini vurğulayıb.

19 avqust Küveyt tarixində hansı mühüm hadisələrlə yadda qalıb?

Küveytin BMT-dəki daimi nümayəndəsi səfir Tariq əl-Bənnay bu fikirləri çərşənbə axşamı axşam saatlarında BMT Təhlükəsizlik Şurasının "Atəş altında ərzaq: Qlobal və yerli ərzaq böhranlarının həllində Təhlükəsizlik Şurasının rolu" adlı yüksək səviyyəli açıq debatında etdiyi çıxış zamanı səsləndirib.

Hakan Fidan Küveytin xarici işlər naziri ilə regional vəziyyəti müzakirə edib Bunu da oxuyun Hakan Fidan Küveytin xarici işlər naziri ilə regional vəziyyəti müzakirə edib

Tariq əl-Bənnay bildirib ki, Təhlükəsizlik Şurası 2018-ci ildə 2417 saylı qətnaməni yekdilliklə qəbul edərək münaqişə ilə ərzaq çatışmazlığı arasındakı sıx əlaqəni erkən mərhələdə rəsmən təsdiqləyib. O qeyd edib ki, Küveyt həmin dövrdə Təhlükəsizlik Şurasının üzvü kimi bu qətnamənin təqdim edilməsində və məsələnin şuranın əsas məsuliyyət sahəsinə çevrilməsində iştirak etmək şərəfinə nail olub.

1979-dan Bu Günə: İran–Suriya Alyansının Təkamülü və Yeni Reallıqlar

Səfir izah edib ki, qətnamənin əhəmiyyəti münaqişə və aclıq arasındakı əlaqəyə dair aydın beynəlxalq anlayış formalaşdırmaqda, mülki şəxslərin aclığa məruz qoyulmasını və humanitar yardımların qanunsuz şəkildə əngəllənməsini pisləməkdədir. O vurğulayıb ki, qəbulundan səkkiz il sonra bu gün əsas prioritet mövcud öhdəlikləri icra etmək, Təhlükəsizlik Şurasının qətnamələrini və erkən xəbərdarlıq mexanizmlərini fəlakət baş vermədən öncə aclığın qarşısını almağa qadir alətlərə çevirməkdir.

Bu xüsusda Tariq əl-Bənnay əlavə edib ki, Qəzza zolağı hazırda ərzaq hüququnun hədəfə alınmasının və ona çıxışın məhdudlaşdırılmasının acı nəticələrinə dair bariz nümunədir. O diqqətə çatdırıb ki, yardımların və malların daxil olmasına qoyulan blokada və sionist məhdudiyyətləri, mülki infrastrukturun və istehsal obyektlərinin genişmiqyaslı dağıdılması bölgənin bəzi hissələrində aclıq səviyyəsinin yaranması ilə nəticələnib.

Səfir işğalçı güc olan İsrailin mülki şəxsləri aclığa düçar etməsini müharibə metodu kimi istifadə etməsini qətiyyətlə pisləyib; silahsız mülki şəxslərin "ya aclıq, ya da təslimiyyət" seçimi qarşısında qoyulmasını beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn və insan ləyaqətinin ən elementar prinsiplərinin kobud şəkildə pozulması kimi dəyərləndirib.

London və İstanbul arasında iki başlı idarəetmə - Müsəlman Qardaşların daxili qarşıdurması nə ilə nəticələnəcək? Bunu da oxuyun London və İstanbul arasında iki başlı idarəetmə - Müsəlman Qardaşların daxili qarşıdurması nə ilə nəticələnəcək?

Regional vəziyyətə toxunan Tariq əl-Bənnay bildirib ki, ərəb regionundakı son hadisələr münaqişələrin fəsadlarının sərhədlərlə məhdudlaşmadığını, qlobal təchizat zəncirlərinə və bazarlara birbaşa təsir etdiyini göstərir. O, İranın Hörmüz boğazını bağlı saxlamaqda davam etməsini Küveytin ən sərt şəkildə pislədiyini ifadə edərək, bunun qlobal təchizat zəncirlərinin təhlükəsizliyinə və sabitliyinə birbaşa təhdid yaratdığını vurğulayıb.

O izah edib ki, bu təhlükə təkcə enerji təhlükəsizliyi ilə bitmir; ticarət axınlarını pozmaq, daşıma, yanacaq və gübrə xərclərini artırmaq, habelə ərzaq qiymətlərini yüksəltməklə qlobal ərzaq təhlükəsizliyinə də zərbə vurur. Ən ağır nəticələrlə isə ən həssas və idxaldan asılı ölkələr üzləşir.

Tariq əl-Bənnay ərzaq çatışmazlığının təhlükəsizlik ölçüsünü qabardaraq xəbərdarlıq edib ki, yaşayış vasitələrinin aşınması, artan yoxsulluq və təcrid, resurslar uğrunda kəskinləşən rəqabət cəmiyyətlərin həssaslığını artırır, gərginliyi dərinləşdirir, terrorçu və ekstremist qrupların insanları cəlb etməsi, təhrik və zorakılığı artırması üçün şərait yaradır.

Türkiyə İsrail təyyarəsini vursaydı nə baş verərdi?

O qeyd edib ki, Qlobal Ərzaq Böhranları Hesabatı 2026 son on ildə kəskin aclığın iki dəfə artdığını, fəlakətli aclıq səviyyəsi ilə üzləşən insanların sayının isə 2016-cı illə müqayisədə doqquz dəfə yüksəldiyini nümayiş etdirir. Səfir hüquqi bazaların, erkən xəbərdarlıq mexanizmlərinin və beynəlxalq qətnamələrin mövcudluğuna baxmayaraq aclığın baş verməsinin əsas problemin onları həyata keçirmək üçün siyasi iradənin çatışmazlığında olduğunu vurğulayıb.

Tariq əl-Bənnay çıxışını bu sözlərlə yekunlaşdırıb: "Aclıqdan tükənmiş və yaşayış vasitələrindən məhrum edilmiş bir cəmiyyət davamlı sabitlik qura bilməz; mülki insanların gözləri qarşısında aclıqdan ölməsinə göz yuman bir dünya isə dayanıqlı sülhə doğru irəlilədiyini iddia edə bilməz".

Məqalədə: #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #1701 saylı qətnamə #Tariq əl Bənnay Küveyt BMT daimi nümayəndəsi #BMT TŞ 2417 saylı qətnamə Küveyt #Qlobal Ərzaq Böhranları Hesabatı 2026 rəqəmlər #Tareq Al Bannai Kuwait UN Permanent Representative #UN Security Council Food Under Fire ministerial debate #Strait of Hormuz closure global supply chain impact

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

5 Sentyabr 20:34
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41

Son Xəbərlər

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
12:06
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
12:00
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
11:59
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
11:49
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
11:46
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.