Pakistan və Türkiyə Məkkə qarşılıqlı müdafiə sazişi çərçivəsində əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi imkanlarını müzakirə edib.
ArabAZ xəbər verir ki,Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar türkiyəli həmkarı Hakan Fidanla telefon danışığı aparıb. Tərəflər regional və beynəlxalq prosesləri, eləcə də qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Nazirlər beynəlxalq platformalarda Pakistan və Türkiyə arasında əməkdaşlıq və koordinasiyanın genişləndirilməsi imkanlarını nəzərdən keçirib, ümumi maraq doğuran məsələlər üzrə sıx əlaqə və məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.
İshaq Dar Türkiyənin İstanbulda Məkkə qarşılıqlı müdafiə sazişi çərçivəsində yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclasına ev sahibliyi etməsinə görə Hakan Fidana təşəkkür edib.
Tərəflər həmçinin komitənin iclasında əldə olunan razılaşmaları nəzərdən keçirib və Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında imzalanan Məkkə sazişi çərçivəsində əməkdaşlıq və koordinasiyanın gücləndirilməsi yollarını müzakirə ediblər.