8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İtaliya Müdafiə Nazirinin adından süni intellektlə fırıldaqçılıq cəhdi

10 Fevral 2025 16:00
İtaliya Müdafiə Nazirinin adından süni intellektlə fırıldaqçılıq cəhdi

Bakı, AzerVoice

İtaliya Müdafiə Naziri Guido Crosettonun adından və səsindən istifadə edərək ölkənin nüfuzlu iş adamlarını hədəf alan fırıldaqçılıq cəhdi baş verib.

AzerVoice xəbər verir ki, "La Repubblica" qəzetinin məlumatına görə, təxminən 10 iş adamı süni intellekt vasitəsilə nazir Crosetto-nun səsini təqlid edən fırıldaqçılar tərəfindən hədəf alınıb.

Dələduzlar Crosetto-nun səsini süni intellektlə təqlid edərək iş adamlarına zənglər ediblər. Bir generalın Müdafiə Nazirliyinin rəsmi telefonundan zəng vurduğu və daha sonra zəngi nazirə yönləndirdiyi təəssüratı yaradılıb. Danışıqlarda İran və Suriya kimi ölkələrdə girov götürülən italyan jurnalistlərin azad edilməsi üçün təcili fidyə ödənilməli olduğu bildirilib.

İtaliya mediasında yayılan xəbərlərə görə, fırıldaqçılar 2024-cü ilin dekabrında İranda saxlanılan və 2025-ci ilin yanvarında ölkəsinə qayıdan italyan jurnalist Sesilia Salanın işi ilə bağlı iş adamlarını inandırmağa çalışıblar.

Hədəfə alınan şəxslər arasında Diego Della Valle (moda və nəqliyyat sektorunda sərmayədar), Giorgio Armani (məşhur Armani markasının sahibi) , Patrizio Bertelli (Pradanın baş direktoru) , Massimo Moratti ("İnter" klubunun keçmiş prezidenti, enerji sektorunda aktiv iş adamı) və başqa tanınmış şəsxlər də olub.

Xəbərlərə görə, Moratti artıq iki ödəniş həyata keçirib və ümumilikdə fırıldaqçılara təxminən 1 milyon avro göndərib.

Moratti fırıldaq sxeminin inandırıcılığını vurğulayaraq "Bu, o qədər real görünürdü ki, hər kəsin başına gələ bilər" - deyə bildirib.

Müdafiə naziri Guido Crosetto məsələ ilə bağlı prokurorluğa rəsmi şikayət təqdim edəcəyini bildirib. O, sosial media hesablarında onun adından istifadə edilərək edilən saxtakarlıqlara qarşı xəbərdarlıq edib.

Milan Baş Prokurorluğu məsələ ilə bağlı səriştəli dələduzluq ittihamı ilə araşdırmaya başlayıb. İstintaq çərçivəsində Morattinin göndərdiyi pulun hərəkət trayektoriyası izlənilir və bu vəsaitlərin vergi cənnəti hesab edilən ölkələrdən birinə köçürülmüş ola biləcəyi ehtimal edilir.

Məqalədə: #İtaliya

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
İran

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

19:13
İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
Digər Dövlətlər

İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır

19:07
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Digər Xəbərlər

Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT

19:02
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
Digər Dövlətlər

Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib

18:43

Son Xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
19:13
İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
19:07
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
19:02
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
18:57
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
18:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.