10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrail məhbusları geri qaytarmaq yerinə öldürdü - HƏMAS

20 Fevral 2025 14:24
İsrail məhbusları geri qaytarmaq yerinə öldürdü - HƏMAS

Bakı, AzerVoice

"Övladlarınızın sizə sağ-salamat qayıtmasını istərdik, lakin ordunuz və hökumət rəhbərləriniz onları geri qaytarmaq əvəzinə öldürməyi üstün tutdular"

AzerVoice xəbər verir ki, bu sözlərlə HƏMAS, cəsədlərini təhvil verdiyi israillilərin ailələrinə müraciət edib.

Hərəkatın bəyanatında HƏMAS və onun hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının israilli məhbusların həyatını qorumağa çalışdığı, lakin İsrail ordusunun onlara əhəmiyyət vermədiyi vurğulanıb.

HƏMAS, İsrail ordusunun məhbusların saxlandığı yerləri bombaladığını və bunun nəticəsində onların həlak olduğunu iddia edərək, bu hadisələrin məsuliyyətinin "əsir mübadiləsi razılaşmasını dəfələrlə əngəlləyən İsrail hökumətinə" aid olduğunu bəyan edib.

Baş nazir Binyamin Netanyahunun məsuliyyətdən yayınmağa çalışdığı qeyd edilən açıqlamada, "Qəssam Briqadaları və müqavimət qüvvələri məhbusları qorumaq üçün əllərindən gələni etdilər, lakin İsrailin amansız və davamlı hücumları onların həyatını xilas etməyə imkan vermədi" ifadəsi işlədilib.

HƏMAS cəsədləri təhvil verdiyi ailələrə müraciətlə, "Övladlarınızın sağ qayıtmasını istəyirdik, lakin ordunuz və hökumət rəhbərləriniz onları geri qaytarmaq əvəzinə öldürdü. Onlarla birlikdə 17 min 881 fələstinli uşaq da həyatını itirdi. Biz bilirik ki, əsl məsuliyyətin kimdə olduğunu anlayırsınız – siz övladlarınıza əhəmiyyət verməyən rəhbərliyin qurbanı oldunuz" mesajını verib.

Bəyanatın sonunda, Qəzzadakı məhbusları diri qaytarmağın yeganə yolunun əsir mübadiləsi olduğu vurğulanaraq, İsrailin hücumlarını davam etdirməsinin daha çox israilli məhbusun ölümünə səbəb olacağı bildirilib.

Məqalədə: #İsrail #Fələstin #Qəzza zolağı #HƏMAS #əsir mübadiləsi #İsrail-HƏMAS atəşkəsi #HƏMAS-ın mövqeyi

Mövzu üzrə digər xəbərlər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

09:00
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09

Son Xəbərlər

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
13:49
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
13:38
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
13:37
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
11:23
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
11:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.