4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ-da İsrailə dəstək son 25 ilin ən aşağı səviyyəsinə düşüb

7 Mart 2025 13:21
ABŞ-da İsrailə dəstək son 25 ilin ən aşağı səviyyəsinə düşüb

BAKI, AzerVoice

ABŞ prezidenti Donald Trampın Qəzzanı “ələ keçirmək” və fələstinliləri zorla köçürmək planı fonunda aparılan sorğu nəticəsində məlum olub ki, ABŞ ictimaiyyətinin İsrailə dəstəyi son 25 ilin ən aşağı səviyyəsinə çatıb.

AzerVoice xəbər verir ki, Gallup araşdırma şirkətinin 3-16 fevral tarixlərində 1004 nəfər arasında keçirdiyi sorğu nəticələrinə əsasən, amerikalıların 46 faizi İsraili dəstəklədiyini bildirib. Bu, son 25 ildə qeydə alınan ən aşağı göstəricidir.

Sorğunun nəticələrinə görə, fələstinlilərə rəğbət bəsləyən amerikalıların faizi ötən illə müqayisədə 6 faiz artaraq 33 faizə yüksəlib. Bu, 2001-ci ildən bəri qeydə alınan ən yüksək rəqəmdir.

ABŞ seçicilərinin 40 faizi Trampın İsrail və Fələstin siyasətini bəyəndiyini bildirib.Respublikaçıların 83 faizi, Demokratların isə 33 faizi İsrailə müsbət baxır. Demokratların 45 faizi, Respublikaçıların isə 18 faizi Fələstinə dəstək göstərir.

Sorğu iştirakçılarının 55 faizi iki dövlət həllini dəstəklədiyini, 31 faizi isə buna qarşı olduğunu bildirib.

Demokratların 76 faizi, müstəqil seçicilərin 53 faizi, Respublikaçıların isə 41 faizi müstəqil Fələstin dövlətinin yaradılmasına tərəfdardır.
Sorğuda iştirak edənlərin 14 faizi isə bu mövzuda mövqeyini bildirməyib.

Qeyd edək ki, ABŞ ictimaiyyətinin İsrailə münasibətində dəyişikliklər son illərdə Fələstin məsələsinin daha çox diqqət çəkməsi və münaqişənin qlobal təsirlərinin artması ilə əlaqələndirilir.

Məqalədə: #İsrail #Qəzza zolağı #ABŞ #Trampın Qəzza planı #ABŞ-İsrail əməkdaşlığı #ABŞ-ın Qəzzə siyasəti #ABŞ-da İsrailə dəstək

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
Yaxın Şərq

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb

17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

17:41
İran və İordaniya arasında diplomatik gərginlik artır
İordaniya

İran və İordaniya arasında diplomatik gərginlik artır

17:14
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45

Son Xəbərlər

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.