15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrail və ABŞ daha 25 ədəd F-35 qırıcısı üçün müqavilə imzalayıb

5 İyun 2024 10:47
İsrail və ABŞ daha 25 ədəd F-35 qırıcısı üçün müqavilə imzalayıb

Bakı. AzerVoice:

İsrail Müdafiə Nazirliyi ölkə donanmasındakı F-35-lərin sayının 75-ə yüksələcəyini açıqlayıb.

AzerVoice xəbər verir ki, İsrail Müdafiə Nazirliyi Lockheed Martin Korporasiyası tərəfindən istehsal olunan 25 qabaqcıl F-35 döyüş təyyarəsindən ibarət üçüncü bir donanma almaq üçün üç milyard dollarlıq müqavilə imzaladığını və tədarüklərin 2028-ci ildə başlanacağını bildirib.

Müdafiə naziri Yoav Gallant razılaşmanı açıqlayarkən deyib: "Bəzi düşmənlərimizin ən böyük müttəfiqimizlə əlaqələrimizi zəiflətməyə çalışdığı bir zamanda, biz yalnız ittifaqımızı daha da gücləndiririk"

Müdafiə Nazirliyi razılaşma ilə İsrailin donanmasındakı F-35-lərin sayının 75-ə yüksələcəyini açıqlayıb.

Nazirlikdən verilən açıqlamada deyilir: “İsrail ordusuna təyyarələrin tədarükü ildə üç-beş təyyarə olmaqla 2028-ci ildən başlayacaq”.

İsrail kəşfiyyat məlumatı toplamaq, düşmən ərazisinə dərin zərbələr endirmək və hava döyüşlərində iştirak etmək kimi müxtəlif məqsədlər üçün istifadə edilə bilən dünyanın ən qabaqcıl döyüş təyyarəsi sayılan F-35-lərə sahib yeganə Yaxın Şərq ölkəsidir.

2018-ci ilin may ayında İsrail ordusu F-35-ləri döyüşdə istifadə edən ilk ölkə olduğunu bildirmişdi.

Oktyabrın 7-də HƏMAS ilə başlayan müharibədən əvvəl İsrail Suriyada illərdir davam edən müharibə zamanı bu ölkənin ərazisinə yüzlərlə hücum həyata keçirib, xüsusən də İranın dəstəklədiyi qüvvələri, Livan Hizbullahı mənsublarını və Əsəd rejimi qüvvələrini hədəf alıb.

Qeyd edək ki, İsrailin alacağı F-35-lərin pulu olan təxminən üç milyard dolların ABŞ-ın Təl-Əvivə verdiyi hərbi yardımla qarşılanacağı bildirilib.

Bu razılaşmadan əvvəl Təl-Əviv rəhbərliyi ABŞ-dan 50 ədəd F-35 sifariş etmişdi. Bu günə qədər bu təyyarələrdən 36-sı İsrailə çatdırılıb.

ABŞ administrasiyası 1999-cu ildən bəri hər il İsrailə hərbi yardım edir. 1999-cu ildə 2,7 milyard dollar olan bu hərbi yardım 2019-cu ildə 3,8 milyard dollara yüksəlib. Bundan əlavə, Vaşinqton administrasiyası aprel ayında İsrailə əlavə 26 milyard yardım paketini təsdiqləyib.

Oktyabrın yeddisindən təxminən bəri 2,3 milyon fələstinlinin yaşadığı Qəzza zolağına hücumlarını davam etdirən İsrailin ən böyük silah dəstəkçisi kimi ABŞ önə çıxır. Qəzzada qətliam törədən İsrailin bu hücumların əksəriyyətində ABŞ bombalarından istifadə etdiyi bilinir.

İsrail və ABŞ daha 25 ədəd F-35 qırıcısı üçün müqavilə imzalayıb
Məqalədə: #İsrail #ABŞ #F-35 #anlaşma

Mövzu üzrə digər xəbərlər

Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Digər Dövlətlər

Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb

14 Sentyabr 22:34
İranla danışıqlara başlayıb-başlamayacağımıza qərar verəcəyəm - Tramp
Digər Dövlətlər

İranla danışıqlara başlayıb-başlamayacağımıza qərar verəcəyəm - Tramp

14 Sentyabr 21:54
ABŞ sanksiyaları İranı daxildən çökdürməyə hesablanıb - Məsud Pezeşkian
İran

ABŞ sanksiyaları İranı daxildən çökdürməyə hesablanıb - Məsud Pezeşkian

14 Sentyabr 21:50
Pakistan və Livan məhkumların köçürülməsi haqqında memorandum imzalayıb
Pakistan

Pakistan və Livan məhkumların köçürülməsi haqqında memorandum imzalayıb

14 Sentyabr 20:51

Son Xəbərlər

Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
00:10
Tarixdə bu gün - 15 sentyabr
Tarixdə bu gün - 15 sentyabr
00:01
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
14 Sentyabr 22:34
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
14 Sentyabr 22:07
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
14 Sentyabr 21:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.