13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İranda prezidentliyə namizədlər Türkiyə ilə İranı müqayisə etdi

19 İyun 2024 14:32
İranda prezidentliyə namizədlər Türkiyə ilə İranı müqayisə etdi

Bakı, VOA

İranda prezidentlik uğrunda mübarizə aparan altı namizəd televiziyada apardıqları debat zamanı Türkiyə və İran iqtisadiyyatlarını müqayisə edərək müzakirə aparıblar.

VOA xəbər verir ki, keçən ay İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra erkən seçki prosesinə sürətlə daxil olan İranda namizədlər ötən axşam dövlət televiziyasında yayımlanan iqtisadiyyat mövzulu debatın birinci raundunda dünya ilə əlaqələr və sanksiyalar müzakirə ediblər.

Debatda mühafizəkar (rejim tərəfdarı) namizədlərdən Muhamməd Baqir Qalibaf, Səid Cəlili, Əmir Huseyin Qadızadəhaşimi və Əli Rıza Zəqani, mötədil mühafizəkar Mustafa Purmuhammədi və islahatçıların yeganə namizədi Məsud Pəzəşkiyan iştirak edib.

Mühafizəkar Zəkani İran iqtisadiyyatı ilə bağlı fikirlərini müdafiə etmək üçün Türkiyədəki inflyasiyanı misal çəkərək, “Türkiyə dünya ilə əlaqə qursa da, uğursuzluğa düçar oldu” deyib.

İslahatçı Pəzəşkian isə cavabında, "Zəhmət olmasa gedin və bu qədər inflyasiyaya baxmayaraq, oradakı yollara, mağazalara, ixracata baxın. İranın yollarına da baxın. İnqilabdan əvvəl İranın yollarına Türkiyə qibtə ilə baxırdı. İndi yüzlərlə kilometr yol və 70-80 tunel tikiblər. Biz isə dörd tunel tikəndə öyünürük. Geridə qalmışıq” deyə qeyd edib.

Onu da qeyd edək ki, İranda prezident seçkiləri iyunun 28-də keçiriləcək.

Yuxarıdakı adlar soldan sağa Muhamməd Baqir Qalibaf, Əli Rıza Zaqani, Mustafa Purmuhammədi; Aşağıdakı adlar soldan sağa Səid Cəlili, Mir Huseyin Qadızadəhaşimi və Məsud Pəzəşkiyandır.

İranda prezidentliyə namizədlər Türkiyə ilə İranı müqayisə etdi
Məqalədə: #İran #prezident seçkiləri #iqtisadi müzakirə

Mövzu üzrə digər xəbərlər

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb

18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

18:03
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Pakistan

Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər

15:22
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır

13:16

Son Xəbərlər

İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
18:43
Səudiyyə Ərəbistanında erkən islama aid 60-dan çox kitabə aşkarlandı (FOTO)
Səudiyyə Ərəbistanında erkən islama aid 60-dan çox kitabə aşkarlandı (FOTO)
18:36
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
18:03
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
18:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.