4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ Britaniya avtomobillərinə tətbiq edilən rüsumu 10 faizə endirəcək

8 May 2025 21:17
ABŞ Britaniya avtomobillərinə tətbiq edilən rüsumu 10 faizə endirəcək

BAKI, AzerVoice

ABŞ-ın Britaniyanın avtomobillərinə tətbiq edilən gömrük rüsumlarını 27,5 faizdən 10 faizə endirəcək.

AzerVoice xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib.

Starmer qeyd edib ki, əldə edilən ticarət sazişi çərçivəsində ildə 100 min britaniya avtomobili ABŞ-a 10 faizlik rüsumla ixrac ediləcək.

Qeyd edək ki, Vaşinqton və London həmçinin Britaniya istehsalı olan polad və alüminium məhsullarına tətbiq olunan rüsumların tamamilə sıfırlanması barədə də razılığa gəliblər. Yeni gömrük qaydalarının yaxın zamanda qüvvəyə minməsi gözlənilir.

“Bu sazişin əldə olunması çox vacibdir. Bu, mövcud iş yerlərini qorumağa və yenilərini qurmağa imkan verir” - deyə, Starmer bildirib.

O, əlavə edib ki, Britaniyalı fermerlər ABŞ bazarına misilsiz çıxış əldə edəcəklər və bu, ölkənin yüksək keyfiyyət standartlarından güzəştə getmədən baş verəcək.

Starmer vurğulayıb ki, Böyük Britaniya ABŞ ilə iqtisadi əlaqələri genişləndirməklə yanaşı, Avropa İttifaqı (Aİ) ilə də münasibətlərin yenidən qurulmasına çalışacaq. Onun sözlərinə görə, London bu istiqamətdə aktiv işləyir və Vaşinqtonla danışıqlar zamanı bəzi “qırmızı xətlər”i – xüsusilə də Avropa standartlarına uyğun olmayan ABŞ mal və məhsullarının ölkəyə daxil olmasının qarşısını almaq məsələsini qoruyub saxlayıb.

Qeyd edək ki, bu standartlar əsasən Amerika istehsalı olan mal ətinin və toyuq məhsullarının Britaniya bazarına çıxışını məhdudlaşdırır.

Məqalədə: #ABŞ #Böyük Britaniya #avtomobil #Kir Starmer #Gömrük rüsumu #Polad və alüminium tarifləri

Mövzu üzrə digər xəbərlər

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib

18:19
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

17:41
İran və İordaniya arasında diplomatik gərginlik artır
İordaniya

İran və İordaniya arasında diplomatik gərginlik artır

17:14
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45

Son Xəbərlər

Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
18:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.