13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Cənubi Koreyada növbədənkənar prezident seçkiləri keçirilir

3 İyun 2025 10:09
Cənubi Koreyada növbədənkənar prezident seçkiləri keçirilir

BAKI, AzerVoice

Cənubi Koreyada növbədənkənar prezident seçkiləri keçirilir.

AzerVoice xəbər verir ki, Cənubi Koreyada impiçmentlə vəzifəsindən kənarlaşdırılan prezident Yoon Suk Yeolun yerinə yeni dövlət başçısının seçilməsi üçün bu gün ölkə üzrə səsvermə başlayıb.

Seçkilərdə 5 namizəd mübarizə aparır. Əsas rəqabət Demokratik Partiyanın namizədi Li Jae-Mung ilə hakim Xalq Gücü Partiyasının nümayəndəsi Kim Mun Su arasında gedir. Yeni İslahatlar Partiyasından Li Jun Seok, Demokratik İşçi Partiyasından Kvon Yanq-quk və müstəqil Sonq Cin Ho da prezidentliyə namizədlər sırasındadır.

Sorğulara əsasən, Li Jae-Mung bu seçkilərdə favorit sayılır. O, 2022-ci ildə keçirilən prezident seçkilərində Yoon Suk Yeola cəmi 0,7 faiz fərqlə uduzmuşdu. Bu dəfə isə son rəy sorğularında Li rəqibi Kimi təxminən 10 faiz bəndi qabaqlayır.

Səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq. Qeyri-rəsmi nəticələrin gecə yarısına qədər bəlli olacağı gözlənilir. Rəsmi nəticələr isə sabah Milli Seçki Komissiyasının iclasında açıqlanacaq.

Qeyd edək ki, seçkilər Yoon Suk Yeolun impiçmenti ilə əlaqədar keçirilir. Yeni prezident sabah Milli Məclisdə keçiriləcək andiçmə mərasimindən dərhal sonra vəzifəsinin icrasına başlayacaq.

Xatırladaq ki, 2024-cü il dekabrın 3-də prezident Yoon müxalifəti “dövlət əleyhinə fəaliyyət”də ittiham edərək hərbi vəziyyət elan etmişdi. Bu qərar parlament və Nazirlər Kabineti tərəfindən rədd olunduqdan sonra geri çəkilmişdi. Dekabrın 14-də Milli Assambleyada impiçment qərarı qəbul edilmiş və Yoonun səlahiyyətləri dayandırılmışdı. Aprelin 4-də isə Konstitusiya Məhkəməsi bu qərarı qüvvədə saxlayaraq onun vəzifədən kənarlaşdırılmasına hökm vermişdi. Məhkəmə yeni prezidentin seçilməsi üçün 60 gün ərzində növbədənkənar seçkilərin keçirilməsini qərara almış və seçki tarixi iyunun 3-nə təyin edilmişdi.

Məqalədə: #Cənubi Koreya #növbədənkənar Prezident seçkiləri #Yoon Suk Yeol #prezident seçkiləri #Cənubi Koreyada Yoon Suk Yeol məhkəməsi #Yoon Suk Yeol və müxalifət

Mövzu üzrə digər xəbərlər

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb

18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

18:03
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Pakistan

Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər

15:22
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır

13:16

Son Xəbərlər

İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
18:43
Səudiyyə Ərəbistanında erkən islama aid 60-dan çox kitabə aşkarlandı (FOTO)
Səudiyyə Ərəbistanında erkən islama aid 60-dan çox kitabə aşkarlandı (FOTO)
18:36
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
18:03
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
18:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.