15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ UNO iddiaları ilə gizli silah proqramlarını ört-basdır edib

7 İyun 2025 10:30
ABŞ UNO iddiaları ilə gizli silah proqramlarını ört-basdır edib

BAKI, AzerVoice

Pentaqonun UNO sirri ifşa olundu- Gizli silah proqramları ört-basdır edilib.

AzerVoicexəbər verir ki, ABŞ mətbuatında yayımlanan araşdırmalar Pentaqonun uzun illər ərzində UNO (naməlum uçan obyekt) mövzusunu bilərəkdən gündəmdə saxladığını və bu vasitə ilə gizli silah proqramlarını ictimaiyyətin diqqətindən yayındırmağa çalışdığını ortaya qoyub.

"The Wall Street Journal" qəzetinin məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin bəzi bölmələri tərəfindən yayılan UNO mifologiyası, əslində hərbi məqsədlərlə həyata keçirilən bir dezinformasiya kampaniyasının tərkib hissəsi olub. Araşdırma zamanı məlum olub ki, bu fəaliyyətlər təkcə ictimai rəyi çaşdırmaqla kifayətlənməyib, həm də SSRİ-yə qarşı strateji üstünlük qazanmaq məqsədi daşıyıb.

1980-ci illərdə bir hərbi polkovnikin "Area 51" yaxınlığındakı barda UNO şəkilləri yaydığı və bununla da yerli əhali arasında yadplanetli texnologiyaların mövcudluğu ilə bağlı təəssürat yaratmağa çalışdığı təsdiqlənib. Həmin polkovnikin 2023-cü ildə verdiyi etirafda bildirilir ki, bu şəkillər sadəcə diqqəti əslində test edilən məxfi F-117 tipli qırıcı təyyarələrdən yayındırmaq məqsədi daşıyıb.

Qeyd olunur ki, bu günə qədər UNO-lar haqqında aparılan bir çox rəsmi hesabatlar və açıqlamalar da ictimaiyyəti çaşdırmaq məqsədilə hazırlanıb. WSJ-nin iddiasına görə, keçən il yayımlanan və yadplanetli texnologiyaların gizlədilmədiyini bildirən rəsmi hesabat belə, əslində bu dezinformasiyanı ört-basdır etməyə xidmət edib.

Məsələni araşdıran ekspertlər hazırda bu cür saxta məlumat yayma kampaniyalarının sadəcə lokal komandirlərin təşəbbüsü ilə, yoxsa mərkəzi və institusional proqram çərçivəsində həyata keçirildiyini müəyyən etməyə çalışır.

Məqalədə: #ABŞ #Pentaqon #silah #yad planet #Hitler və SSRİ müharibəsi #Pentaqon və kibertəhlükəsizlik #UNO (naməlum uçan obyekt)

Mövzu üzrə digər xəbərlər

Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Digər Dövlətlər

Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb

14 Sentyabr 22:34
İranla danışıqlara başlayıb-başlamayacağımıza qərar verəcəyəm - Tramp
Digər Dövlətlər

İranla danışıqlara başlayıb-başlamayacağımıza qərar verəcəyəm - Tramp

14 Sentyabr 21:54
ABŞ sanksiyaları İranı daxildən çökdürməyə hesablanıb - Məsud Pezeşkian
İran

ABŞ sanksiyaları İranı daxildən çökdürməyə hesablanıb - Məsud Pezeşkian

14 Sentyabr 21:50
Pakistan və Livan məhkumların köçürülməsi haqqında memorandum imzalayıb
Pakistan

Pakistan və Livan məhkumların köçürülməsi haqqında memorandum imzalayıb

14 Sentyabr 20:51

Son Xəbərlər

Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
00:10
Tarixdə bu gün - 15 sentyabr
Tarixdə bu gün - 15 sentyabr
00:01
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
14 Sentyabr 22:34
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
14 Sentyabr 22:07
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
14 Sentyabr 21:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.