5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tramp Yaxın Şərqdəki gərginliyə baxmayaraq NATO sammitində iştirak edəcək - Ağ Ev

ABŞ prezidenti Donald Tramp, İsrail və İran arasında davam edən münaqişəyə baxmayaraq, Haaqada keçiriləcək NATO sammitində iştirak edəcək.

19 İyun 2025 22:46
Tramp Yaxın Şərqdəki gərginliyə baxmayaraq NATO sammitində iştirak edəcək - Ağ Ev

BAKI, AzerVoice

ABŞ prezidenti Donald Tramp, İsrail və İran arasında davam edən münaqişəyə baxmayaraq, Haaqada keçiriləcək NATO sammitində iştirak edəcək.

AzerVoice xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən brifinqdə məlumat verib.

“Bazar ertəsi səhər Vaşinqtondan yola düşəcəyik”, – bu sözlərlə o, Trampın NATO-nun Haaqa sammitinə gedib-getməyəcəyi ilə bağlı sualı cavablandırıb.

Qeyd edək ki, NATO-nun yüksək səviyyəli iclası 24–25 iyun tarixləri arasında Haaqada keçiriləcək. Sammitdə 45 dövlət və hökumət başçısı, 45 xarici işlər və müdafiə naziri, eləcə də təxminən 6 min nəfərlik nümayəndə heyətinin iştirakı gözlənilir.

Əlavə edək ki, ABŞ hökuməti daha əvvəl Trampın sammitdə iştirak edəcəyini açıqlasa da, ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus bu həftənin əvvəlində Trampın Yaxın Şərqdəki böhranla bağlı iş qrafiki səbəbilə toplantıya qatıla bilməyəcəyi ehtimalını istisna etməmişdi. Lakin Tramp çərşənbə günü jurnalistlərə verdiyi açıqlamada Haaqaya səfər etməyi planlaşdırdığını bir daha təsdiqləyib.

Məqalədə: #İsrail #İran #ABŞ #Donald Tramp #NATO #Haaqa #Ağ Ev #NATO sammiti #İsrail və İran gərginliyi #İsrail-İran münaqişəsi

Mövzu üzrə digər xəbərlər

ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
Digər Dövlətlər

ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb

18:25
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
İran

İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ

18:20
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
Livan

Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah

18:17
ABŞ-nin hərbi üstünlüyünə baxmayaraq müqavimət göstərdik - Iran
İran

ABŞ-nin hərbi üstünlüyünə baxmayaraq müqavimət göstərdik - Iran

18:12

Son Xəbərlər

Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
19:32
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
18:53
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
18:45
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
18:38
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
18:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.