8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrailin hücumlarında 3 xəstəxana və 6 təcili yardım maşını hədəf alınıb - İran

İranın səhiyyə naziri Məhəmməd Rza Zəfərkəndi İsrailin 13 iyundan bu yana həyata keçirdiyi hücumlarda birbaşa olaraq 3 xəstəxana və 6 təcili yardım maşınının hədəf alındığını, 2 həkimin həyatını itirdiyini bildirib.

21 İyun 2025 12:50
İsrailin hücumlarında 3 xəstəxana və 6 təcili yardım maşını hədəf alınıb - İran

BAKI, AzerVoice

İranın səhiyyə naziri Məhəmməd Rza Zəfərkəndi İsrailin 13 iyundan bu yana həyata keçirdiyi hücumlarda birbaşa olaraq 3 xəstəxana və 6 təcili yardım maşınının hədəf alındığını, 2 həkimin həyatını itirdiyini bildirib.

AzerVoice xəbər verir ki, İran Tələbələr Xəbər Agentliyinin (İSNA) məlumatına görə, Zəfərkəndi məsələ ilə bağlı məlumat verib.

İranlı nazir yaralılara yardım edərkən İsrailin hücumlarında 3 xəstəxana və 6 təcili yardım maşınının, həmçinin bir ginekoloq və bir pediatrın hədəf alındığını bildirib.

Zəfərkəndi hücumların beynəlxalq humanitar hüquqa və tibb işçilərinin toxunulmazlığına zidd olduğunu vurğulayıb.

Qeyd edək ki, iyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini, eləcə də ordunun yüksək komandanlığını hədəf alan irimiqyaslı hücumlara başlayıb.

İranda Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi hücumlarda həlak olub.

İranın səhiyyə nazirinin müavini Əbdürrəhman Rüstəmian bu gün verdiyi açıqlamada İsrailin İrana qarşı hücumlarında həyatını itirən mülki vətəndaşların sayının 430-a, yaralıların sayının isə 3500-ə yüksəldiyini bildirib.

Məqalədə: #İsrail və İran gərginliyi #İsrail-İran münaqişəsi #İran-İsrail geosiyasi mübarizəsi #İran-İsrail gərginliyi #İsrail İran hücumu #İsrail İran hücumu 2025 #İsrail İran əməliyyatı 2025

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

21:25
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib

21:07

Son Xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
21:42
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
21:36
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
21:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.