13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Yaponiya və Cənubi Koreya liderləri NATO Sammitində iştirakdan imtina edib

Yaponiya və Cənubi Koreya liderləri NATO Sammitinə Yaxın Şərqdəki gərginlik səbəbilə qatılmayacaqlar.

23 İyun 2025 15:30
Yaponiya və Cənubi Koreya liderləri NATO Sammitində iştirakdan imtina edib

BAKI, AzerVoice

Yaponiya və Cənubi Koreya liderləri NATO Sammitinə Yaxın Şərqdəki gərginlik səbəbilə qatılmayacaqlar.

AzerVoice xəbər verir ki, ABŞ-ın İrana qarşı hücumlarından sonra bölgədə artan qeyri-müəyyənlik və təhlükəsizlik narahatlıqları Yaponiyanın baş naziri İşiba Şiqeru və Cənubi Koreya prezidenti Li Jae-Myunqun NATO Sammitinə şəxsən qatılmamaq qərarına səbəb olub.

Onların əvəzinə tədbirdə müvafiq yüksək səviyyəli nümayəndələrin iştirak edəcəyi bildirilib.

“Japan Times” qəzetinin məlumatına görə, Yaponiyanın Xarici İşlər Nazirliyi 24–25 iyun tarixlərində Haaqa şəhərində keçiriləcək sammitlə bağlı açıqlama verərək baş nazir İşibanın iştirak etməyəcəyini təsdiqləyib. Onun yerinə xarici işlər naziri İwaya Takeşi tədbirə qatılacaq.

Cənubi Koreya tərəfi də oxşar qərar qəbul edib. “Yonhap” agentliyinin xəbərinə əsasən, prezident Li Yaxın Şərqdəki gərginliyi və daxili prioritetləri nəzərə alaraq tədbirdə iştirak etməyəcək. Prezidentin yerinə milli təhlükəsizlik müşaviri Wi Sung-lac Haaqadakı sammitdə Cənubi Koreyanı təmsil edəcək.

Bundan əlavə, “ABC News”un məlumatına görə, Avstraliyanın baş naziri Entoni Albanese də NATO Sammitində iştirak etməyəcək liderlər arasında yer alır.

Qeyd edək ki, ABŞ-ın İrandakı nüvə obyektlərinə hücumları bölgədə siyasi və diplomatik gərginliyi artıraraq qlobal tədbirlərə də təsir göstərməkdədir.

Məqalədə: #Cənubi Koreya #NATO #Yaponiya #Yaxın Şərq #NATO sammiti #İran İsrail münasibətləri #İran və İsrail münasibətləri #İran-İsrail münasibətləri #NATO sərhədlərində gərginlik

Mövzu üzrə digər xəbərlər

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

19:40
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb

18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

18:03
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Pakistan

Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər

15:22

Son Xəbərlər

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
19:51
İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
19:43
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
19:40
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
18:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.