4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrailin müqəddəs yerlərə basqınları beynəlxalq tənqidlərə səbəb olub

İsrail qüvvələri iyun ayında Əl-Əqsa və Hərəmi-İbrahim məscidlərinə dəfələrlə basqın edib

3 İyul 2025 12:30
İsrailin müqəddəs yerlərə basqınları beynəlxalq tənqidlərə səbəb olub

BAKI, AzerVoice

İsrail qüvvələri iyun ayında Əl-Əqsa və Hərəmi-İbrahim məscidlərinə dəfələrlə basqın edib

AzerVoice xəbər verir ki, Fələstinin Vəqflər və Dini İşlər Nazirliyi İsrail qüvvələrinin və Fələstin torpaqlarını qəsb edən israillilərin iyun ayı ərzində Əl-Əqsa məscidinə 25-dən çox dəfə basqın etdiyini açıqlayıb.

Nazirlik eyni zamanda Hərəmi-İbrahim və digər müqəddəs məkanlara qarşı da ciddi pozuntuların qeydə alındığını bəyan edib.

Rəsmi məlumatda bildirilir ki, İsrail qüvvələri Əl-Əqsa məscidini 11 dəfə ibadətə bağlayıb, müsəlmanların girişini məhdudlaşdırıb və məscid həyətlərində yəhudi dini ayinləri icra edilib. Qurban bayramında belə minlərlə müsəlmanın sərt məhdudiyyətlər altında ibadət etdiyi qeyd olunub.

Nazirlik, həmçinin İsrailin iyun ayında Hərəmi-İbrahim məscidində 89 dəfə azan verilməsinə mane olduğunu və məscidin 12 gün ərzində bağlandığını açıqlayıb. Məbədə təhlükəsizlik qüvvələri yerləşdirilib, qapılar bağlanıb və İsrail bayrağı divarlara proyeksiya edilib.

Eyni dövrdə İsrailin Dirilmə (Qiyamət) kilsəsini 11 gün müddətinə xristianların ibadətinə bağladığı da vurğulanıb. Nablus şəhərindəki əs-Salahi əl-Kəbir məscidinə də basqın edildiyi bildirilir.

Nazirlik bu addımların müqəddəs məkanların tarixi və hüquqi statusuna açıq hücum olduğunu bildirərək, beynəlxalq ictimaiyyəti və dini təşkilatları təcili hərəkətə keçməyə çağırıb.

Qeyd edək ki, Hərəmi-İbrahim məscidi müsəlmanların dördüncü müqəddəs məkanı sayılır. Məscid 1994-cü ildə baş verən və 29 müsəlmanın şəhid olduğu qətliamdan sonra ikiyə bölünüb – bir hissəsi yəhudilərə, digəri müsəlmanlara ayrılıb. İyunun pozuntuları bu tarixi məkanın müqəddəsliyinə qarşı davamlı hücumlar kimi qiymətləndirilir.

Məqalədə: #İsrail #Fələstin #Əl-Əqsa #Məscidül-Əqsa #Hərəm-i İbrahim məscidi #Əl-Əqsa məscidi #İsrailin Məscidül-Əqsaya məhdudiyyətləri #Məscidül-Əqsaya basqın #Məscidül-Əqsaya məhdudiyyətlər

Mövzu üzrə digər xəbərlər

Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Fələstin

Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?

18:51
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
Fələstin

İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb

18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib

18:19
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
Yaxın Şərq

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb

17:46

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.