8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Alman ekspertlər İsrail və ABŞ-ın İrana hücumunun hüquqiliyinə şübhə ilə yanaşırlar

Alman Bundestaqının ekspertləri İsrail və ABŞ-ın İrana qarşı həyata keçirdiyi hücumların hüquqiliyinə şübhə ilə yanaşırlar.

6 İyul 2025 11:21
Alman ekspertlər İsrail və ABŞ-ın İrana hücumunun hüquqiliyinə şübhə ilə yanaşırlar

BAKI, AzerVoice

Alman Bundestaqının ekspertləri İsrail və ABŞ-ın İrana qarşı həyata keçirdiyi hücumların hüquqiliyinə şübhə ilə yanaşırlar.

AzerVoice xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya parlamentinin elmi xidmətinin Sol Partiya fraksiyasından deputat Ulrix Todenin sorğusu əsasında hazırladığı 54 səhifəlik hesabatına istinadla məlumat yayıb.

Hesabatda qeyd olunur ki, beynəlxalq hüquq üzrə mütəxəssislərin əksəriyyəti hesab edir ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən İsrailin özünümüdafiə hüququna istinad etməsi bu halda uyğun deyil. Alman ekspertlərin fikrincə, İsrailin bu hücumları əsaslandırmaq üçün İranın nüvə bombası yaratmağa çox yaxın olduğunu sübut etməsi vacib idi. Lakin sənəddə qeyd olunur ki, İranın nüvə proqramı çərçivəsində kifayət qədər nüvə materialı istehsal etməsi hələ atom bombasına malik olmağın zəruri, lakin yetərli şərti deyil.

Mütəxəssislər həmçinin bildiriblər ki, İsrail Tehran rəhbərliyinin bu silahdan istifadə etmək niyyətində olduğunu və “Yüksələn aslan” əməliyyatının İrana qarşı sonuncu və yeganə fürsət olduğunu da əsaslandırmalı idi. Ekspertlərin yekdil qənaətinə görə, bu baş verməyib. Hesabatda qeyd olunur ki, bəlkə də kəşfiyyat xidmətlərinin ictimaiyyətə açıqlanmayan daha konkret məlumatları var və bu, faktlara yanaşmanı dəyişə bilər.

“Bununla belə, İsrail İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatları hüquqi cəhətdən əsaslandırmalıdır” – deyə, sənəddə vurğulanıb.

Ekspertlərin qiymətləndirməsinə görə, ABŞ-ın bu məsələyə müdaxiləsi yalnız İsrailin hücumlarının beynəlxalq hüquqa uyğun olması halında hüquqi sayılır. Ona görə də Almaniya parlamentinin ekspertləri hesab edir ki, ABŞ-ın hərbi əməliyyatını, Vaşinqtonun təqdim etdiyi əsaslandırmalara baxmayaraq, “kollektiv müdafiə hüququ” ilə izah etmək mümkün deyil.

Deputat Ulrix Toden isə ekspertlərin hesabatını “Almaniya hökumətinə çəkilmiş bir sillə” adlandırıb.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.

Məqalədə: #İsrail #Almaniya #ABŞ #İsrail-İran münaqişəsi

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

21:25
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib

21:07

Son Xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
21:42
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
21:36
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
21:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.