11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Dünya bankları, ABŞ-ın dövlət borcunun restrukturizasiyasını mümkün hesab edir

UBS bankının keçirdiyi illik sorğunun nəticələrinə əsasən, Dünya mərkəzi banklarının təxminən 50 faizi ABŞ-ın dövlət borcunun restrukturizasiyasını "mümkün ssenari" kimi qiymətləndirir.

7 İyul 2025 18:44
Dünya bankları, ABŞ-ın dövlət borcunun restrukturizasiyasını mümkün hesab edir

BAKI, AzerVoice

UBS bankının keçirdiyi illik sorğunun nəticələrinə əsasən, Dünya mərkəzi banklarının təxminən 50 faizi ABŞ-ın dövlət borcunun restrukturizasiyasını "mümkün ssenari" kimi qiymətləndirir.

AzerVoice-un məlumatına görə, may–iyun aylarında aparılan araşdırmada təxminən 40 ölkənin mərkəzi bank nümayəndələri iştirak edib.

Sorğu iştirakçılarının təxminən üçdə ikisi ABŞ Federal Ehtiyat Sisteminin (FED) müstəqilliyinə risklərdən narahatdır, digərləri isə ABŞ-dakı makroiqtisadi göstəricilərin keyfiyyəti və hüququn aliliyinin zəifləməsindən ehtiyat edir.

Bununla belə, sorğuda iştirak edənlərin 80 faizi ABŞ dollarının əsas ehtiyat valyutası statusunu qoruyub saxlayacağını düşünür. Lakin avro və yuan kimi alternativ valyutalara marağın artdığı da qeyd olunur.

Respondentlərin 74 faizi üçün qlobal iqtisadiyyat üçün əsas risk ABŞ prezidenti Donald Tramp administrasiyasının ticarət siyasəti hesab olunur. Buraya idxal rüsumları və beynəlxalq ittifaqlara yenidən baxılması daxildir. Bu, əvvəlki illərdə əsas risk kimi göstərilən geosiyasi təhdidlərin yerini alıb.

Sorğu göstərir ki, qlobal iqtisadiyyatla bağlı pessimizm artmaqdadır. Respondentlərin əksəriyyəti yaxın gələcəkdə stakflyasiya (inflyasiya ilə müşayiət olunan durğunluq) gözlədiklərini bildirir. Halbuki ötən il bu göstərici daha çox "yumşaq eniş" ssenarisi ilə əvəz olunmuşdu.

Əlavə olaraq, mərkəzi bank menecerlərinin 67 faizi 2030-cu ilə qədər ən perspektivli aktiv kimi qızılı görür. Bu göstərici ötən il cəmi 21 faiz idi. Qeyd olunur ki, heç bir mərkəzi bank yaxın illərdə qızıl ehtiyatını azaltmağı planlaşdırmır.

Məqalədə: #ABŞ #bank #Federal Ehtiyat Sistemi (FED)

Mövzu üzrə digər xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

17:46
İran heç vaxt olmadığı qədər zəifləyib - Benyamin Netanyahu
İran

İran heç vaxt olmadığı qədər zəifləyib - Benyamin Netanyahu

17:42
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06

Son Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
17:46
İran heç vaxt olmadığı qədər zəifləyib - Benyamin Netanyahu
İran heç vaxt olmadığı qədər zəifləyib - Benyamin Netanyahu
17:42
İsrael Kats Hizbullaha qarşı əməliyyatların davam edəcəyini bildirib
İsrael Kats Hizbullaha qarşı əməliyyatların davam edəcəyini bildirib
17:39
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
17:33
Ərəb Parlamenti Naurunun Qüdsdə səfirlik açmasını pisləyib
Ərəb Parlamenti Naurunun Qüdsdə səfirlik açmasını pisləyib
17:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.