4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İtaliya ABŞ ilə rüsumlar məsələsində razılaşmanın əldə olunacağına ümid edir

İtaliya hökuməti ABŞ ilə rüsum mövzusunda bərabərhüquqlu razılaşmaya nail olunacağına ümid edir və ABŞ-ı ticarət qarşıdurmasından yayınmağa çağırır.

12 İyul 2025 19:43
İtaliya ABŞ ilə rüsumlar məsələsində razılaşmanın əldə olunacağına ümid edir

BAKI, AzerVoice

İtaliya hökuməti ABŞ ilə rüsum mövzusunda bərabərhüquqlu razılaşmaya nail olunacağına ümid edir və ABŞ-ı ticarət qarşıdurmasından yayınmağa çağırır.

AzerVoice xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Corcia Meloninin mətbuat xidməti tərəfindən yayımlanan bəyanatda bildirilib.

“Bütün tərəflərin xoşniyyətinə ümid edirik ki, bu, Qərbi gücləndirəcək bərabərhüquqlu bir razılaşmaya gətirib çıxarsın. Xüsusilə indiki şəraitdə Atlantikanın iki sahili arasında ticarət qarşıdurması yaratmağın heç bir mənası yoxdur” – deyə, bəyanatda vurğulanıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl “Truth Social” platformasında Avropa Komissiyası rəhbərinə ünvanladığı məktubu paylaşaraq bildirmişdi ki, avqustun 1-dən etibarən ABŞ Avropa İttifaqından (Aİ) idxal edilən mallara 30 faizlik gömrük rüsumları tətbiq edəcək. Məktubda yeni tariflərin hal-hazırda Aİ məhsullarına tətbiq edilən 10 faizlik sektoral rüsumlardan ayrıca olacağı qeyd olunurdu.

Avropa Komissiyası isə bəyan edib ki, bu cür tariflər Avropa ixracatını ciddi şəkildə sarsıdacaq və əsas transatlantik təchizat zəncirlərini pozacaq. Komissiyanın mətbuat xidməti tərəfindən yayımlanan bəyanatda vurğulanıb ki, avqustun 1-dək Aİ ABŞ ilə razılaşmaya nail olmaq üçün səylərini davam etdirəcək, eyni zamanda mümkün cavab tədbirlərini də hazırlayır.

Qeuyd edək ki, Meloni, Tramp ilə imtiyazlı münasibətlər qurmağa çalışsa da, müxalifət onun ABŞ prezidentinin qərarlarına təsir edə bilməməsini tənqid edib. Öz növbəsində Roma bildirir ki, Aİ adından ticarət danışıqları aparmaq səlahiyyəti yalnız Avropa Komissiyasına aiddir. Meloni isə 10 faizlik tariflərin qəbul edilə biləcəyini istisna etməmişdi.

Məqalədə: #ABŞ #Donald Tramp #İtaliya #Giorgia Meloni #ticarət #Gömrük rüsumları #razılaşma

Mövzu üzrə digər xəbərlər

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

20:13
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib

18:19
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

17:41
İran və İordaniya arasında diplomatik gərginlik artır
İordaniya

İran və İordaniya arasında diplomatik gərginlik artır

17:14

Son Xəbərlər

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
20:13
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi
19:56
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.