4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Avropa Komissiyası Fransanı məhkəməyə verdi

Avropa Komissiyası Fransanı Avropa İttifaqı qanunlarını pozmaqda ittiham edir.

22 İyul 2025 09:59
Avropa Komissiyası Fransanı məhkəməyə verdi

BAKI,AzerVoice

Avropa Komissiyası Fransanı Avropa İttifaqı qanunlarını pozmaqda ittiham edir.

AzerVoice xəbər verir ki, Brüsselin açıqlamasına görə, Fransa istehsalçılardan qablaşdırma, tekstil, telefon və bağçılıq avadanlığı kimi məhsulların üzərində “Triman” və ya “Info-tri” adlı simvollarla çeşidləmə qaydalarını göstərən nişanlar yerləşdirməyi tələb edir.

Avropa Komissiyası isə bu tətbiqin vahid Aİ bazarında malların sərbəst dövriyyəsinə maneə yaratdığını bildirir.

Qurumun fikrincə, 2028-ci ildə qüvvəyə minəcək yeni Aİ qablaşdırma qaydalarına qədər belə bir milli tələbin tətbiqi "proporsional deyil" və "bazarın birliyinə təhdiddir".

Qablaşdırma sənayesi nümayəndələri də bu yanaşmanın maliyyə baxımından yük yaratdığını vurğulayırlar. “Europen” təşkilatının baş katibi Françeska Stivens bildirib ki, “Triman” nişanı şirkətləri qablaşdırma dizaynını dəyişməyə məcbur edib, bu isə böyük xərclərə səbəb olub.

Fransa hökuməti isə cavab olaraq bildirib ki, ölkə 2028-ci ildən qüvvəyə minəcək Aİ qaydalarına uyğunlaşmağa hazırlaşır, lakin həmin vaxta qədər “Triman” nişanından imtina etmək niyyətində deyil.

Avropa Komissiyası 2023-cü ilin fevralında və 2024-cü ilin noyabrında Fransaya iki rəsmi xəbərdarlıq göndərib. Parisin bu xəbərdarlıqlara reaksiya verməməsi səbəbilə məsələ Avropa İttifaqının Ədalət Məhkəməsinə çıxarılıb.

Fransa uzun illərdir Aİ-nin iqtisadiyyatla bağlı tələblərini aşan milli qaydalar tətbiq etməsi ilə tanınır. Bu təcrübə “gold-plating” adlanır və Aİ-nin harmonizasiya səylərinə maneə kimi qiymətləndirilir.

Məqalədə: #Fransa #Avropa İttifaqı (Aİ) #Brüssel #Avropa Komissiyası #Paris #Beynəlxalq Ədalət Məhkəməsi

Mövzu üzrə digər xəbərlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

17:41
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03
Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru
Siyasət

Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru

2 Sentyabr 13:34
İsrailli ravvin Qərb Sahilində fələstinlilərin qovulmasına çağırıb
Fələstin

İsrailli ravvin Qərb Sahilində fələstinlilərin qovulmasına çağırıb

31 Avqust 10:39

Son Xəbərlər

İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
18:14
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.