13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İran Rusiyadan aldığı S-400 sistemini sınaqdan keçirib

İran İslam Respublikası Rusiyadan əldə etdiyi S-400 “Triumf” hava hücumundan müdafiə sistemini ilk dəfə əməliyyat şəraitində test edib.

28 İyul 2025 12:55
İran Rusiyadan aldığı S-400 sistemini sınaqdan keçirib

BAKI,AzerVoice

İran İslam Respublikası Rusiyadan əldə etdiyi S-400 “Triumf” hava hücumundan müdafiə sistemini ilk dəfə əməliyyat şəraitində test edib.

AzerVoice xəbər verir ki, sınağın ölkənin mərkəzində yerləşən İsfahan şəhəri yaxınlığında keçirildiyi bildirilir.

Müdafiə sahəsindəki regional mənbələr son günlərdə İsfahan ətrafında radar fəaliyyətinin artdığını, raket daşıyıcı vasitələrin hərəkətliliyinin müşahidə olunduğunu və bu prosesin genişmiqyaslı hərbi təlim çərçivəsində həyata keçirildiyini qeyd ediblər.

İran rəsmiləri hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Lakin hərbi analitiklər sınağı İranın S-400 sistemindən ilk praktiki istifadə addımı kimi dəyərləndirirlər.

Sınaq çərçivəsində S-400 sisteminin 91N6E (“Big Bird”) aşkarlama radarı, 92N6E (“Grave Stone”) hədəfləmə radarı, komanda-idarəetmə vahidi və çoxsaylı 5P85TE2 tipli raket buraxıcı qurğularından ibarət tam tərkibli batareyanın yerləşdirildiyi bildirilir. Sistemin həm 48N6E3, həm də ehtimal olunan 40N6 tipli zenit raketləri ilə təchiz olunduğu və bunun sayəsində müxtəlif hava hücumlarına qarşı geniş əhatəli müdafiə qabiliyyəti təmin etdiyi vurğulanır.

İrana S-400 sistemlərinin tədarükünə dair ilk xəbərlər 2024-cü ilin avqustunda yayılıb. Həmin ilin 2 avqust tarixində Rusiyaya məxsus “İl-76” hərbi nəqliyyat təyyarəsinin Tehrana endiyi və bu təyyarədə S-400 sisteminə aid komponentlərin yer aldığı ehtimal edilirdi. Bu məlumatlar İranın həmin ilin əvvəlində öz nüvə obyektlərini və hərbi infrastrukturlarını qorumaq məqsədilə Rusiyadan bu sistemin alınmasını istədiyi barədə iddiaların fonunda yayılıb.

Həmin dövrdə İranın rəsmi şəxsləri yerli istehsal olan “Bavar-373” və “Hordad-15” sistemlərinə güvəndiklərini bəyan etsələr də, hazırda baş tutan sınaq məhdud sayda da olsa S-400 komplekslərinin ölkədə yerləşdirildiyini təsdiqləyir.

İran və Rusiya arasında hərbi-texniki əməkdaşlıq 2022-ci ildən bəri nəzərəçarpacaq şəkildə dərinləşib. İki ölkə arasında əməkdaşlıq müxtəlif sahələri — o cümlədən kəşfiyyat sistemləri, təlim aviasiyası, hava hücumundan müdafiə vasitələri və pilotsuz uçuş aparatları texnologiyalarını əhatə edir.

Rusiya İrana müxtəlif hərbi sistemlər təqdim edərkən, İran da Rusiyanı Ukrayna müharibəsində istifadə edilən kamikadze dronları və texnologiyaları ilə təmin edib. Həmçinin birgə hərbi təlimlər, qarşılıqlı texniki nümayəndə heyəti səfərləri və ikitərəfli müdafiə razılaşmaları bu əməkdaşlığın strukturlaşdırılmış şəkildə inkişafını təmin edir. S-400 sisteminin İrana verilməsi və sahədə test olunması da bu prosesin ən mühüm mərhələlərindən biri hesab olunur.

Məqalədə: #İran #Rusiya #Moskva #Tehran #hərbi əlaqələr #İkitərəfli əlaqələr #İkitərəfli münasibətlərin inkişafı #hava hücumundan müdafiə sistemi #İran-Rusiya hərbi əməkdaşlığı

Mövzu üzrə digər xəbərlər

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

19:40
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb

18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

18:03
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Pakistan

Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər

15:22

Son Xəbərlər

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
19:51
İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
19:43
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
19:40
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
18:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.