15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Aİ İsrailin ərazi iddialarını rədd edib

Avropa İttifaqı (Aİ) bəyan edib ki, İsrail və Fələstin ərazilərində beynəlxalq hüquqa uyğun olaraq tərəflərin razılığı olmadan aparılan istənilən ərazi dəyişikliyi qəbul edilmir.

14 Avqust 2025 18:41
Aİ İsrailin ərazi iddialarını rədd edib

BAKI, AzerVoice, Səməd Əyyubov

Avropa İttifaqı (Aİ) bəyan edib ki, İsrail və Fələstin ərazilərində beynəlxalq hüquqa uyğun olaraq tərəflərin razılığı olmadan aparılan istənilən ərazi dəyişikliyi qəbul edilmir.

AzerVoice-un məlumatına görə, bu barədə Aİ-nin ali diplomatı Kaya Kallasın rəsmi nümayəndəsi Anitta Hipper Brüsseldə keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, tərəflər arasında siyasi razılaşmanın bir hissəsi olmayan bütün ərazi dəyişiklikləri rədd edilir və beynəlxalq hüquqa görə ərazilərin ilhaqı qanunsuz hesab olunur.

Hipper bu fikirləri, İsrailin baş naziri Benyamin Netanyahunun televiziya müsahibəsində səsləndirdiyi “Böyük İsrail” ideyasına münasibət bildirərkən söyləyib.

Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu, işğal altındakı Fələstin torpaqlarını da əhatə edən “Böyük İsrail” planına sadiq olduğunu bəyan edib və bunu “tarixi və mənəvi missiya” adlandırıb.

“Böyük İsrail” anlayışı bəzi sionistlər, o cümlədən Sionist Revizionist hərəkatının qurucusu və hakim “Likud” partiyasının ideya müəllifi hesab edilən Zeev Jabotinski tərəfindən müasir İsrail dövləti ilə yanaşı, Qəzza zolağı, İordan çayının qərb sahili və İordaniyanın müəyyən ərazilərini əhatə edən konsepsiya kimi istifadə olunur.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #Fələstin #Qəzza zolağı #Avropa İttifaqı #Avropa İttifaqı (Aİ) #Brüssel #Likud Partiyası #Brifinq #Beynəlxalq hüquq normaları #Kaya Kallas #Sionist genişlənmə planları #ərazi məsələləri #Anitta Hipper

Mövzu üzrə digər xəbərlər

Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Digər Dövlətlər

Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb

14 Sentyabr 22:34
İranla danışıqlara başlayıb-başlamayacağımıza qərar verəcəyəm - Tramp
Digər Dövlətlər

İranla danışıqlara başlayıb-başlamayacağımıza qərar verəcəyəm - Tramp

14 Sentyabr 21:54
ABŞ sanksiyaları İranı daxildən çökdürməyə hesablanıb - Məsud Pezeşkian
İran

ABŞ sanksiyaları İranı daxildən çökdürməyə hesablanıb - Məsud Pezeşkian

14 Sentyabr 21:50
Pakistan və Livan məhkumların köçürülməsi haqqında memorandum imzalayıb
Pakistan

Pakistan və Livan məhkumların köçürülməsi haqqında memorandum imzalayıb

14 Sentyabr 20:51

Son Xəbərlər

Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasından 108 il ötür
Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasından 108 il ötür
09:02
Bu gün Məhəmməd Əli üçüncü dəfə dünya çempionu oldu
Bu gün Məhəmməd Əli üçüncü dəfə dünya çempionu oldu
09:00
Husi terroru nəticəsində daha 13 səudiyyəli yaralanıb
Husi terroru nəticəsində daha 13 səudiyyəli yaralanıb
07:45
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
00:10
Tarixdə bu gün - 15 sentyabr
Tarixdə bu gün - 15 sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.