15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Abbas deyir ki, İsrail Fələstini tamamilə məhv etmək istəyir

Fələstin Prezidenti Mahmud Abbas İsrailin məqsədinin “Fələstini tamamilə məhv etmək” olduğunu bildirib. Mahmud Abbas xatırladıb ki, Oslo sazişi fələstinlilərin vətənə dönüşünə imkan yaratdı və “heç bir güzəşt verilmədi”. Onun sözlərinə görə, Netanyahu sazişi dondurmaq istəsə də, bu, ikitərəfli müqavilədir və birtərəfli ləğv edilə bilməz.

2 Sentyabr 2025 16:04
Abbas deyir ki, İsrail Fələstini tamamilə məhv etmək istəyir

BAKI,AzerVoice

Fələstin Prezidenti Mahmud Abbas İsrailin məqsədinin “Fələstini tamamilə məhv etmək” olduğunu bildirib.

AzerVoice xəbər verir ki, o vurğulayıb ki, Fələstin Muxtariyyəti Qəzza zolağının idarəsində ərəb və ya beynəlxalq tərəfdaşlığa qarşı deyil.

“Ən azı 200 min qurban – ölən və yaralanan var. İsrail öz siyasətini davam etdirir, dünya isə sadəcə pisləməklə kifayətlənir”, – deyə Abbas “Əl-Ərəbiyyə” və “Əl-Hədəs” telekanallarına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Qəzza real aclıq içindədir.

“Orada insanlar ya müharibədən, ya da aclıqdan ölür. Aclıqdan ölənlərin sayı, qətlə yetirilənlərin sayından çoxdur”-deyə o bildirib.

Abbas beynəlxalq ictimaiyyəti tənqid edərək deyib ki, “Fələstinlə bağlı 1000-dən çox BMT qərarı var, amma heç biri icra olunmayıb”.

Prezident İsrail Baş naziri Benyamin Netanyahunu “fələstinliləri məhv etməkdə qərarlı olmaqda” ittiham edib.

“Netanyahu yalnız hakimiyyətdə qalmaq və məhkəmə qarşısına çıxmamaq üçün bu siyasəti davam etdirir. O, fələstin dövlətinin yaranmasını istəmir. Biz Qəzzanı idarə etməyə hazırıq, imkanlarımız da var. İdarədə ərəb və ya beynəlxalq tərəfdaşlıq olmasına da etiraz etmirik”-deyə Abbas qeyd edib.

O əlavə edib ki, 149 ölkə Fələstin dövlətini tanıyıb və bir çox ölkə də tanımağa hazırdır.

“Yaxın vaxtlarda BMT-yə üzv olmaq üçün müraciət edəcəyik”-deyə Abbas müsahibəsində vurğulayıb.

Mahmud Abbas xatırladıb ki, Oslo sazişi fələstinlilərin vətənə dönüşünə imkan yaratdı və “heç bir güzəşt verilmədi”. Onun sözlərinə görə, Netanyahu sazişi dondurmaq istəsə də, bu, ikitərəfli müqavilədir və birtərəfli ləğv edilə bilməz.

Abbas həmçinin HƏMAS-a müraciət edib:

“Biz bir dövlətik, bir xalqıq. HƏMAS dövlət vahidliyi və vahid silah prinsipinə əməl etməlidir. Mən HƏMAS-la dəfələrlə danışdım, amma nəticə olmadı.”

Məqalədə: #Qəzza #İsrail #Benyamin Netanyahu #Fələstin #Qəzza zolağı #Tel-Əviv #Mahmud Abbas #Qəzza hücumu #Qəzza müharibəsi #Qəzzanın işğalı #İsrail və Fələstin münaqişəsi 2025 #İsrail və Qəzza münaqişəsi

Mövzu üzrə digər xəbərlər

Sudan dünyanın ən böyük aclıq və köçkünlük böhranı ilə üzləşib - BƏP
Sudan

Sudan dünyanın ən böyük aclıq və köçkünlük böhranı ilə üzləşib - BƏP

20:32
Böyük Britaniya İranla əlaqəli yeni kiber əməliyyat barədə xəbərdarlıq edib
Digər Dövlətlər

Böyük Britaniya İranla əlaqəli yeni kiber əməliyyat barədə xəbərdarlıq edib

20:08
ABŞ İranla maliyyə əlaqələri barədə Çinlə müsbət danışıqlar aparıb - Skott Bessent
Digər Dövlətlər

ABŞ İranla maliyyə əlaqələri barədə Çinlə müsbət danışıqlar aparıb - Skott Bessent

20:05
İsrail HƏMAS-ın Cəbaliya batalyonunun komandirini öldürdüyünü bildirib
Digər Dövlətlər

İsrail HƏMAS-ın Cəbaliya batalyonunun komandirini öldürdüyünü bildirib

20:02

Son Xəbərlər

BƏƏ-Suriya münasibətləri dostluq və qardaşlığa əsaslanır - Məhəmməd bin Rəşid
BƏƏ-Suriya münasibətləri dostluq və qardaşlığa əsaslanır - Məhəmməd bin Rəşid
20:44
Sudan dünyanın ən böyük aclıq və köçkünlük böhranı ilə üzləşib - BƏP
Sudan dünyanın ən böyük aclıq və köçkünlük böhranı ilə üzləşib - BƏP
20:32
İsraillə danışıqların məqsədi müharibəni bitirməkdir - Nəvaf Salam
İsraillə danışıqların məqsədi müharibəni bitirməkdir - Nəvaf Salam
20:28
Əhməd əş-Şaraa Dubayda ərəb mediasının rəhbərləri ilə görüşüb
Əhməd əş-Şaraa Dubayda ərəb mediasının rəhbərləri ilə görüşüb
20:24
Azərbaycan və Suriya iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Azərbaycan və Suriya iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib
20:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.