14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Çexiyada antisemitizm halları rekord həddə çatıb

Çexiyada antisemitizm halları 2024-cü ildə rekord səviyyəyə yüksəlib. Bu barədə ölkənin Yəhudi İcmaları Federasiyasının illik hesabatında bildirilir.

21 Noyabr 2025 22:12
Çexiyada antisemitizm halları rekord həddə çatıb

Bakı,AzerVoice, Orxan Qədirzadə

Çexiyada antisemitizm halları 2024-cü ildə rekord səviyyəyə yüksəlib.

AzerVoice xəbər verir ki, bu barədə ölkənin Yəhudi İcmaları Federasiyasının illik hesabatında bildirilir.

Qurumun məlumatına görə, 2024-cü ildə 4 694 antisemitizm faktı qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə təxminən 8,5% artım deməkdir. 2023-cü ildə isə göstərici HƏMAS-ın 7 oktyabr hücumları və Qəzza müharibəsindən sonra 90% artmışdı.

Federasiyanın sədri Petr Papousek bildirib ki, Çexiya bu tendensiyada istisna təşkil etmir və dünya üzrə “HƏMAS hücumlarından sonra yaranmış antisemitizm dalğası” ölkəyə də təsir edib.

Onun sözlərinə görə, yəhudi xalqına qarşı nifrət əsasən İsrailin demonizasiyası formasında meydana çıxır və bu ritorika “ictimai mühitdə qəbul edilən davranışa çevrilib”. Papousek antisemitizmin radikal sağ, radikal sol qruplar, islamist ideologiyalar və dezinformasiya mənbələri arasında “misilsiz sinerji” yaratdığını vurğulayıb.

Hesabata əsasən, hadisələrin 96%-i sosial media və onlayn platformalarda qeydə alınıb.

Bununla yanaşı, 2024-cü ildə dörd fiziki hücum faktı qeydə alınıb (2023-cü ildə belə hal olmamışdı). Bütün hücumların Yaxın Şərq münaqişəsi ilə bağlı olduğu bildirilir. Həmçinin yəhudi qəbiristanlıqlarının və abidələrin təhqiri ilə bağlı 12 hadisə qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə iki dəfə çoxdur.

Təhlükəsizlik strukturları qeyd edib ki, yanvar ayında Brno şəhərində sinaqoqa qarşı edilən yandırma cəhdi ilə bağlı beş yeniyetmə saxlanılıb, onlardan ikisinə terrorla bağlı ittiham irəli sürülüb.

Artım qeydə alınmasına baxmayaraq, hesabat Çexiyanın yəhudilər üçün “ümumilikdə təhlükəsiz ölkə” olaraq qaldığını bildirir.

Məqalədə: #Çexiya #Antisemitizm #İsrail və HƏMAS müharibəsi #Antisemitizm və sosial media #antisemitizmə qarşı mübarizə #Çexiya Yəhudi İcmaları Federasiyası #antisemitizm statistika #Çexiya yəhudi icması #Avropada antisemitizm artımı #Qəzza müharibəsi Avropa reaksiyası #Petr Papousek bəyanatı #onlayn nifrət cinayətləri #Yəhudi dini abidələrinin təhqiri #Brno sinaqoqa hücum #Çexiyada ictimai təhlükəsizlik #Yaxın Şərq münaqişəsinin Avropaya təsiri #yəhudi icmalarına təhlükə #Çex Respublikasında yəhudi azlığı

Mövzu üzrə digər xəbərlər

İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
Səudiyyə Ərəbistanı

İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi

07:26
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb

13 Sentyabr 18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

13 Sentyabr 18:03

Son Xəbərlər

Yuxuda köstəbək görmək
Yuxuda köstəbək görmək
08:00
Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
07:56
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
07:26
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.