4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İran Oman dənizində 6 milyon litr yanacaq daşıyan tankeri ələ keçirib

İran hakimiyyəti Oman dənizində 6 milyon litr qaçaq yanacaq daşımaqda şübhəli bilinən xarici neft tankerini saxlayıb. Bu barədə Hormozqan vilayətinin baş prokuroru Möctəba Qəhrəman şənbə günü açıqlama verib. Qəhrəman bildirib ki, tanker Oman dənizində İranın dəniz sərhədləri boyunca aparılan kəşfiyyat nəzarəti çərçivəsində şübhəli yanacaq qaçaqmalçılığı fəaliyyəti ilə əlaqədar saxlanılıb.

13 Dekabr 2025 14:15
İran Oman dənizində 6 milyon litr yanacaq daşıyan tankeri ələ keçirib

BAKI,AzerVoice, Fərid Mikayılov

İran hakimiyyəti Oman dənizində 6 milyon litr qaçaq yanacaq daşımaqda şübhəli bilinən xarici neft tankerini saxlayıb.

AzerVoice xəbər verir ki, bu barədə Hormozqan vilayətinin baş prokuroru Möctəba Qəhrəman şənbə günü açıqlama verib.

Qəhrəman bildirib ki, tanker Oman dənizində İranın dəniz sərhədləri boyunca aparılan kəşfiyyat nəzarəti çərçivəsində şübhəli yanacaq qaçaqmalçılığı fəaliyyəti ilə əlaqədar saxlanılıb.

Onun sözlərinə görə, məhkəmə icazəsi alındıqdan sonra hüquq-mühafizə orqanları Cask şəhərinin qərbində, İranın suverenliyinə aid sularda xarici neft tankerini yoxlayıb və yük sənədlərindəki hüquqi çatışmazlıqlar, eləcə də çoxsaylı dəniz qayda pozuntuları səbəbilə gəmiyə əl qoyub.

Baş prokuror qeyd edib ki, tanker 6 milyon litr qaçaq yanacaq daşımaqda ittiham olunur. Bu həcmdə yanacaq təxminən 200 kiçik gəminin və 2 min “Nissan” markalı pikap avtomobilinin daşıma tutumuna bərabərdir.

Qəhrəman əlavə edib ki, hüquq-mühafizə orqanlarının hesabatlarından sonra Cask rayonunun İctimai və İnqilab Prokurorluğunda cinayət işi açılıb və hazırda ittihamlarla bağlı istintaq tədbirləri davam etdirilir.

Məlumata görə, tanker kapitanı və ekipaj üzvləri də daxil olmaqla ümumilikdə 18 nəfər şübhəli şəxs barəsində istintaq tədbirləri aparılır və hüquqi prosedurların tamamlanması üçün onlar nəzarət altına alınıb.

Rəsmi şəxs vurğulayıb ki, tanker yalnız mütəşəkkil yanacaq qaçaqmalçılığı ilə deyil, eyni zamanda bir sıra digər pozuntularla da ittiham olunur. Bunlara dayanma əmrlərinə tabe olmamaq, qaçmağa cəhd göstərmək, dənizçilik və yük sənədlərinin olmaması, radarın söndürülməsi və saxlanılma zamanı gəmi avadanlıqlarına qəsdən ziyan vurulması daxildir.

Qəhrəman bildirib ki, məhkəmə proseslərinin nəticələri müvafiq vaxtda ictimaiyyətə açıqlanacaq.

Məqalədə: #İran #Oman #neft qaçaqmalçılığı #Oman dənizi #qaçaq yanacaq #Oman dənizində tanker saxlanıldı #6 milyon litr qaçaq yanacaq #İran dəniz əməliyyatı

Mövzu üzrə digər xəbərlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran

İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”

17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İordaniya

İran və İordaniya arasında diplomatik gərginlik artır

17:14
ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens
Digər Dövlətlər

ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

3 Sentyabr 22:36

Son Xəbərlər

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.