15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Ukrayna Donetski itirə biləcəyini qapalı danışıqlarda qəbul edir - ABŞ vitse-prezidenti

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ukrayna ilə Rusiya arasında aparılan danışıqlarda ərazi məsələsi ilə bağlı mövqelərin daha aydın şəkildə formalaşdığını bildirib. Vens Böyük Britaniya mərkəzli UnHerd saytının yazarı Sohrab Ahmariyə verdiyi müsahibədə Rusiyanın Donetsk üzərində tam ərazi nəzarəti tələb etdiyini, Ukrayna tərəfinin isə bunu ciddi təhlükəsizlik riski kimi qiymətləndirdiyini deyib.

22 Dekabr 2025 18:38
Ukrayna Donetski itirə biləcəyini qapalı danışıqlarda qəbul edir - ABŞ vitse-prezidenti

BAKI, AzerVoice, Orxan Qədirzadə

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ukrayna ilə Rusiya arasında aparılan danışıqlarda ərazi məsələsi ilə bağlı mövqelərin daha aydın şəkildə formalaşdığını bildirib.

AzerVoice-un məlumatına görə, Vens Böyük Britaniya mərkəzli UnHerd saytının yazarı Sohrab Ahmariyə verdiyi müsahibədə Rusiyanın Donetsk üzərində tam ərazi nəzarəti tələb etdiyini, Ukrayna tərəfinin isə bunu ciddi təhlükəsizlik riski kimi qiymətləndirdiyini deyib.

ABŞ-ın vitse-prezidenti iddia edib ki, Ukrayna nümayəndələri qapalı müzakirələrdə Donetski uzunmüddətli perspektivdə itirə biləcəklərini qəbul ediblər. Onun sözlərinə görə, ərazi güzəşti məsələsi danışıqlarda əsas gecikdirici amillərdən biri olaraq qalır.

Vens qeyd edib ki, Rusiya–Ukrayna münaqişəsi ilə bağlı aparılan müzakirələrdə tərəflərin açıq və qapalı mövqeləri daha dəqiq şəkildə müəyyənləşib. Bununla yanaşı, o, müəyyən irəliləyişin olduğunu, lakin sülhə nail olunacağına dair hələlik tam əminliyin olmadığını bildirib.

NATO ilə Rusiya arasında gərginliyin artdığı bir dövrdə ABŞ prezidenti Donald Trampın Avropa ilə bağlı açıqlamalarına toxunan Vens, Vaşinqtonun Avropa ittifaqını zəiflətmək niyyətində olmadığını vurğulayıb. O bildirib ki, ABŞ Avropadan daha çox özünə yetərli olmasını gözləyir.

ABŞ-ın vitse-prezidenti Avropada iqtisadi və mədəni durğunluq əlamətlərinin müşahidə edildiyini qeyd edərək, Vaşinqtonun daha güclü, daha özünəinamlı və daha dinamik Avropanın formalaşmasında maraqlı olduğunu bildirib.

Məqalədə: #ABŞ #Ukrayna #ABŞ vitse-prezidenti Ukrayna–Rusiya danışıqlarında Donetsk məsələsinə toxundu #ABŞ: Ukrayna Donetsklə bağlı real riskləri etiraf edir #Vens: Donetsk məsələsi Ukrayna–Rusiya danışıqlarında əsas maneədir #ABŞ vitse-prezidenti Ukrayna üzrə danışıqlarda ərazi məsələsinin çətinliyini açıqladı #ABŞ vitse-prezidenti #Ukrayna–Rusiya münaqişəsi #Ukraynanın ərazi bütövlüyü #Ukrayna üçün təhlükəsizlik riski #Donetsk üzərində nəzarət #Rusiya ilə danışıqlar #Avropa və ABŞ münasibətləri #Avropanın özünə yetərliyi

Mövzu üzrə digər xəbərlər

Abbas Əraqçi Pekində Van İ ilə görüşəcək
İran

Abbas Əraqçi Pekində Van İ ilə görüşəcək

13:54
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Digər Dövlətlər

Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb

14 Sentyabr 22:34
İranla danışıqlara başlayıb-başlamayacağımıza qərar verəcəyəm - Tramp
Digər Dövlətlər

İranla danışıqlara başlayıb-başlamayacağımıza qərar verəcəyəm - Tramp

14 Sentyabr 21:54
ABŞ sanksiyaları İranı daxildən çökdürməyə hesablanıb - Məsud Pezeşkian
İran

ABŞ sanksiyaları İranı daxildən çökdürməyə hesablanıb - Məsud Pezeşkian

14 Sentyabr 21:50

Son Xəbərlər

Abbas Əraqçi Pekində Van İ ilə görüşəcək
Abbas Əraqçi Pekində Van İ ilə görüşəcək
13:54
Səudiyyədə topdansatış qiymətləri 4,6 faiz, kimyəvi maddələr isə 51,4 faiz bahalaşıb
Səudiyyədə topdansatış qiymətləri 4,6 faiz, kimyəvi maddələr isə 51,4 faiz bahalaşıb
13:45
İraq parlamentindən demokratiya çağırışı
İraq parlamentindən demokratiya çağırışı
13:40
İordaniya və NATO birgə təlimə hazırlaşır
İordaniya və NATO birgə təlimə hazırlaşır
13:17
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
13:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.