4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Serbiya hərbi gücünü növbəti il yarım ərzində təxminən iki dəfə artırmağı planlaşdırır

Serbiya növbəti il yarım ərzində hərbi gücünü təqribən iki dəfə artırmağı nəzərdə tutur. Bunu ölkə Prezidenti Aleksandar Vuçiç Milli Təhlükəsizlik Şurasının iclasının yekunlarına dair açıqlamasında bildirib.

4 Yanvar 2026 20:43
Serbiya hərbi gücünü növbəti il yarım ərzində təxminən iki dəfə artırmağı planlaşdırır


BAKI, AzerVoice

Serbiya növbəti il yarım ərzində hərbi gücünü təqribən iki dəfə artırmağı nəzərdə tutur.

AzerVoice xəbər verir ki, bunu ölkə Prezidenti Aleksandar Vuçiç Milli Təhlükəsizlik Şurasının iclasının yekunlarına dair açıqlamasında bildirib.

Vuçiç deyib: "Qarşıdakı dövrdə müdafiə imkanlarımız əhəmiyyətli dərəcədə gücləndiriləcək. Növbəti il yarım ərzində hərbi gücümüzü, demək olar, iki dəfə artıracağıq".

Prezidentin sözlərinə görə, iclasda ordunun və ölkənin müdafiə potensialının gücləndirilməsi üçün növbəti addımlar müzakirə olunub. "Hərbi sənayeyə əlavə sərmayələr qoyulacaq, silahların əhəmiyyətli hissəsi ölkəmizdə istehsal olunacaq, bir hissəsini isə xaricdən alacağıq", – o əlavə edib.

Vuçiç həmçinin strateji ehtiyatların yaradılması barədə yeni qərarlardan danışıb: "Bura təkcə ərzaq deyil, həm də döyüş sursatları aiddir və onlar yüksək səviyyədə olmalıdır".

Onun açıqlamasına görə, şəxsi heyətin sayı 30 %, hərbi güc isə 100 % artırılacaq. Prezident bildirib ki, bu addım ölkənin müdafiəsinin etibarlı yolu və çəkindirmə amili olacaq.

Məqalədə: #Serbiya #Aleksandar Vuçiç

Mövzu üzrə digər xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

1 Sentyabr 22:21
Vuçiç Ratko Mladiçin ölümü ilə bağlı Haaqa məhkəməsini tənqid edib
Digər Dövlətlər

Vuçiç Ratko Mladiçin ölümü ilə bağlı Haaqa məhkəməsini tənqid edib

28 Avqust 19:14
Avropa İttifaqı Serbiyadakı böyük yanğınlara qarşı yardım göndərir
Digər Dövlətlər

Avropa İttifaqı Serbiyadakı böyük yanğınlara qarşı yardım göndərir

22 Avqust 19:44
Serbiya və Ukrayna liderləri iqtisadi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər
Digər Dövlətlər

Serbiya və Ukrayna liderləri iqtisadi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər

8 Avqust 20:19

Son Xəbərlər

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.