6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrail və Somaliland münasibətlərin inkişaf etdirəcəkləri barədə bəyanat yayıblar

İsrail və Somaliland tərəfləri ikitərəfli münasibətlərin inkişaf etdirilməsi barədə bəyanatla çıxış ediblər. Somalidən birtərəfli qaydada ayrıldığını elan edən Somaliland regionunun rəhbəri Abdirahman Məhəmməd Abdillahi və İsrailin xarici işlər naziri Gideon Saar Somalilandın mərkəzi Hargeysada birgə mətbuat konfransı keçiriblər.

6 Yanvar 2026 21:57
İsrail və Somaliland münasibətlərin inkişaf etdirəcəkləri barədə bəyanat yayıblar

BAKI, AzerVoice, Orxan Qədirzadə

İsrail və Somaliland tərəfləri ikitərəfli münasibətlərin inkişaf etdirilməsi barədə bəyanatla çıxış ediblər.

AzerVoice xəbər verir ki, Somalidən birtərəfli qaydada ayrıldığını elan edən Somaliland regionunun rəhbəri Abdirahman Məhəmməd Abdillahi və İsrailin xarici işlər naziri Gideon Saar Somalilandın mərkəzi Hargeysada birgə mətbuat konfransı keçiriblər.

Somaliland rəhbəri çıxışında İsrail hökumətinə və xalqına regionun müstəqilliyinin tanınmasına görə təşəkkür edib. O bildirib ki, bu qərar diplomatik, iqtisadi və inkişaf sahələrində mühüm nəticələr doğuracaq. Abdillahi qeyd edib ki, İsrailin bu addımı yalnız Somalilend üçan deyil, bütövlükdə Afrika Buynuzu regionu və beynəlxalq ictimaiyyət üçün strateji əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, Somaliland İsraillə ümumi strateji maraqlar əsasında əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Region rəhbəri yaxın zamanda İsrailə səfər edəcəyini və bu ölkədə Somaliland səfirliyinin açılacağını da açıqlayıb. Abdillahi vurğulayıb ki, İsrailin Somalilandi tanıması investisiyalar, ticarət, texnologiya, energetika, su təchizatı, mədən sənayesi, kənd təsərrüfatı və infrastruktur sahələrində geniş imkanlar yaradacaq.

İsrailin xarici işlər naziri Gideon Saar isə bildirib ki, Təl-Əviv Somalilandı tam şəkildə tanımaqdan məmnundur və tərəflər arasında qarşılıqlı faydaya əsaslanan çoxtərəfli və davamlı münasibətlərin qurulmasına hazırdır. Onun sözlərinə görə, İsrail Somalilandı ilk dəfə 26 iyun 1960-cı ildə tanıyıb və bu tanınma 26 dekabr 2025-ci ildə yenidən təsdiqlənib.

Açıqlamada qeyd olunur ki, İsrail xarici işlər nazirinin Somalilanda səfəri son 34 ildə bu səviyyədə həyata keçirilən ilk səfərdir və diplomatik, strateji və təhlükəsizlik baxımından tarixi əhəmiyyət daşıyır. Bu səfər İsrailin 26 dekabr 2025-ci ildə Somalilendin müstəqilliyini tanıması fonunda münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Qeyd edək ki, 26 dekabr 2025-ci ildə İsrailin Baş naziri Benyamin Netanyahu Somalilandı “müstəqil və suveren dövlət” kimi tanıdığını elan edib. Bununla da İsrail Somalilandı tanıyan yeganə dövlət olub. Somaliland 1991-ci ildə Somalidən ayrıldığını bəyan etsə də, indiyədək beynəlxalq ictimaiyyət tərəfindən müstəqil dövlət kimi tanınmayıb.

Məqalədə: #İsrail #İsrail və Somalilend münasibətlərin inkişafını elan edib #İsrail Somalilendlə əməkdaşlığı genişləndirmək niyyətindədir #Hargeysada tarixi görüş: İsrail və Somalilend yaxınlaşır #Vİsrail Somalilendi tanıyan yeganə dövlət olaraq qalır #Somalilend İsraillə çoxtərəfli əməkdaşlığa hazırdır #İsrail ve Somaliland ilişkilerin geliştirilmesini duyurdu #Somaliland’den İsrail’le iş birliği mesajı #Hargeisa’da tarihi açıklama: İsrail–Somaliland yakınlaşması #Somaliland’i tanıyan tek ülke oldu #Somaliland İsrail’le çok taraflı ortaklığa hazır

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.