BAKI, AzerVoice, Fərid Mikayılov
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyan yanvarın 29-da Rusiya Federasiyasına rəsmi səfər edəcək.
AzerVoice xəbər verir ki, səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putin ilə ikitərəfli danışıqlar aparılacaq.
Görüş zamanı Rusiya–BƏƏ əməkdaşlığının əsas istiqamətləri, o cümlədən iqtisadi, enerji və investisiya sahələrində qarşılıqlı əlaqələr, eləcə də Yaxın Şərqdəki mövcud vəziyyət və beynəlxalq gündəmdə duran digər məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, bundan əvvəl Suriya prezidenti Əhməd Əş-Şəraa da Moskvaya səfər edib.